Dərc edildi: Baxış sayı: 554
Prezident meksikalı həmkarına məktub göndərdi
Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Enrike Penya Nietoya təbrik məktubu ünvanlayıb.
Axar.az xəbər verir ki, təbrikdə qeyd edilir:
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Meksika arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət