Prezident laçınlılarla görüşdə torpaqlarımızı azad edən gənclərin qəhrəmanlığından danışıb
Güclü ordu qurmuşuq. Bu ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə deyib.
“Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər”, - söyləyən dövlətimizin başçısı qeyd edib ki, Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyən Prezident İlham Əliyev onların qəhrəmanlığının heç vaxt unutmayacağını bildirərək deyib: “Onların qəhrəmanlığı, şücaəti sayəsində biz, bax, bu gün burada oturmuşuq və bu gün bu torpaqlarda həyat canlanır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət