Prezident Kubokunun qalibi bu gün bilinəcək
Binə Atçılıq Mərkəzinin qapalı manejində Prezident Kuboku uğrunda mübarizə çərçivəsində Çövkən Milli Atüstü Oyununun yarımfinal mərhələsi keçirilib.
Oxu.Az xəbər verir ki, ilk oyunda “Omar” çövkən komandası ilə “Polad” qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən görüşdə “Omar” rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Günün ikinci yarımfinal görüşü “Buta Qolden” çövkən komandası ilə “Sərhədçi” arasında baş tutub.
Beləliklə, bu gün keçiriləcək oyunun finalçıları bəlli olub. Saat 11:00-dan etibarən başlayacaq oyunlarda ilk olaraq “Polad” və “Sərhədçi” çövkən komandaları üçüncülük uğrunda mübarizə aparacaq.
Bu oyunun ardınca isə “Buta Qolden” və “Omar” komandaları Prezident Kubokunun qalibi olmaq yolunda final oyununda qarşı-qarşıya gələcək.
Atçılıq həvəskarları tərəfindən final qarşılasması maraqla gözlənilir. Xüsusi qonaqların da iştirakı ilə keçiriləcək oyunu yüzlərlə tamaşaçı izləyəcək.
Xatırladaq ki, yarışın ümumi mükafat fondu 50 min manat təşkil edir.
Səbuhi Musayev
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət