Slimfit
  1. AZƏRBAYCAN

Prezident Kitabxanasının “Bakı” elektron resursu istifadəyə verilib

Prezident Kitabxanasının “Bakı” elektron resursu istifadəyə verilib
Sakura

Prezident Kitabxanasının “Bakı” elektron resursu istifadəyə verilib

Prezident Kitabxanasının “Bakı” elektron resursu istifadəçilərə təqdim edilib.

Kitabxanadan Trend-ə verilən məlumata görə, istər Azərbaycan vətəndaşları, istərsə də xaricdən ölkəmizə gələn qonaqlar Bakı haqqında daha ətraflı məlumat əldə etmək istəyirlər.

İstifadəçilərin bu informasiya tələbatını nəzərə alaraq, Bakı şəhərinin tarixi keçmişi, müasir vəziyyəti haqqında onlara dolğun, sistemli və dəqiq məlumatın çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları Azərbaycan, ingilis və rus dillərində “Bakı” elektron resursunu işləyib hazırlayıblar.

Prezident Kitabxanasının fondlarına daxil olan materiallardan istifadə edilməklə hazırlanan resursun kontenti 10 fəsildən, 40 bölmədən ibarətdir.

17 aprel 2019-cu ildə Kitabxananın saytında yerləşdirilən elektron resursun 14 bölmədən ibarət birinci fəsli “Tarix” adlanır. Bu fəsildə Bakı tarixinin ən qədim dövrdən günümüzə qədər bütün mərhələləri xronoloji ardıcıllıqla ayrı-ayrı mətnlərdə istifadəçilərin nəzərinə çatdırılır. Həmin fəslin “Səyyahlar Bakı haqqında” bölməsində müxtəlif vaxtlarda Abşeron yarımadasında və Bakıda olmuş səyyahların şəhər haqqında təəssüratları öz əksini tapıb.

Resursun ikinci fəsli “Paytaxt” adlanır və 8 bölmədən ibarətdir. Həmin bölmələrdə Bakı şəhərinin inzibati-ərazi bölgüsü, əhalisi haqqında dolğun məlumat verilib, şəhərin iqtisadiyyatı, təhsil, mədəniyyət, turizm və idman sahələri ayrı-ayrılıqda təhlil edilib. Bu fəsildə həmçinin Bakı şəhərinin rəmzləri və atributları haqqında materiallar tarixi ardıcıllıqla işıqlandırılıb.

“Bakı” elektron resursunun “Memarllıq” adlanan fəsli 5 bölmədən ibarətdir. Bu fəsildə Bakının qədim dövrlərdən başlamış müstəqillik dövrü də əhatə olunmaqla şəhər memarlığının inkişaf mərhələləri xronoloji ardıcıllıqla əks etdirilib. Bakının ən qədim hissəsi olan İçərişəhər və onun dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri haqqında bu fəsildə əyani təsvirlərlə ayrı-ayrılıqda məlumat verilib. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının bir sənaye şəhəri kimi formalaşdığı dövrün memarlığına ayrıca bölmə həsr edilib. Sovetlər dövründə Bakı şəhərinin görkəmi bir sıra nadir memarlıq inciləri ilə daha da zənginləşmişdir. Bakı memarlığının həmin dövrü də ayrıca bölmədə işıqlandırılmışdır. Bu fəslin “Müstəqillik dövrü” adlanan növbəti bölməsində müasir və eyni zamanda da özündə milli xüsusiyyətləri birləşdirən yeni yaşayış komplekslərinin salınması, parkların, inzibati və ictimai binaların inşa edilməsi, yeni-yeni memarlıq abidələrinin ucaldılması haqqında ətraflı məlumat verilmişdiur. Həmin fəslin sonuncu bölməsi “Köhnə və yeni adlar” adlanır. Bu bölmədə köhnə Bakının küçələrinin və meydanlarının müasir adlarla qarşılığını özündə əks etdirən siyahı oxuculara təqdim edilir.

Resursun növbəti fəsli “Sənədlər” adlanır. Bu fəsildə Bakının tarixinə dair sənədlər “Orta əsrlər”, “ Rusiya imperiyası dövrü”, “Xalq Cümhuriyyəti dövrü”, “Sovetlər dövrü” və “Müstəqillik dövrü” adlanan bölmələrdə toplanılmışdır.

“Xronologiya” adlanan fəsildə qədim dövrdən bu günümüzə qədər Bakının tarixində baş vermiş mühüm hadisələrin qısa xronologiyası öz əksini tapmışdır.

Resursun növbəti fəsli “Görkəmli şəxslər” adlanır. Bu fəsildə Bakıda doğulan, ölkə və dünya miqyasında dövlətçilik, elm və texnika, mədəniyyət, incəsənət, idman və digər sahələrdə xüsusi xidmətləri olan şəxslər haqqında qısa bioqrafik məlumatlar əlifba düzülüşü ilə verilmişdir.

“E-Resurslar” fəslinin “E-kitablar” bölməsində Bakı şəhərinin tarixinə, iqtisadiyyatına, mədəniyyətinə, memarlığına, görkəmli bakılılara aid Kitabxananın fonduna daxil olan müxtəlif dillərdə 120-yə yaxın kitabın elektron versiyaları toplanmışdır. Həmin kitabların bir qismi kitabxananın Nadir ədəbiyyat fondunda saxlanılır və XX əsrin əvvəllərində nəşr edilmişdir. “E-məqalələr” bölməsində isə Azərbaycan, rus və ingilis dillərində Bakı şəhərinə aid 166 məqalənin elektron versiyası istifadəçilərə təqdim edilir.

Resursun “Biblioqrafiya” fəslində Prezident Kitabxanasının fondlarına daxil olan Bakı şəhərinə aid müxtəlif dillərdə 530 kitabın biblioqrafik təsvirləri toplanmışdır.

“Bakı” elektron resursunun maraqlı fəsillərindən biri də “Fotoqalereya” adlanır. Bu fəsildə 100-dən artıq nadir şəkillər “Köhnə Bakı” və “Müasir Bakı” başlıqları altında istifadəçilərə təqdim edilir.

“Videoqalereya” adlanan sonuncu fəsildə köhnə və müasir Bakıya həsr olunmuş sənədli filmlər toplanmışdır.

http://bakucity.preslib.az ünvanında təqdim edilən elektron resursun materialları müntəzəm olaraq yenilənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR