Slimfit
  1. SİYASƏT

Prezident karantin uzadılmazdan öncə bu qərarı verdi

Prezident karantin uzadılmazdan öncə bu qərarı verdi
Sakura

Prezident karantin uzadılmazdan öncə bu qərarı verdi

Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi azalma müşahidə olur. Bunun başlıca səbəbi ölkə başçısının rəhbərliyi ilə səhiyyə sistemimizin son illərdə böyük inkişaf yolu keçməsidir. Bu gün 20-dən çox dövlət xəstəxanasında koronavirus xəstələri müalicə olunur. Bu xəstəxanaların mütləq əksəriyyəti son 16 il ərzində tikilib. O cümlədən, 575 çarpayılıq “Yeni klinika” bu gün ölkəmizin ən müasir səhiyyə ocağıdır və indi orada 100-dən çox koronavirus xəstəsi var.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda müzakirə olunan məsələlərə münasibət bildirərkən deyib.

O bildirib ki, bu iclas həm də növbəti mərhələyə hazırlıq idi:

“Cənab Prezident çıxışında bir daha vurğuladı ki, bizim əsas vəzifəmiz əhalimizin sağlamlığını qorumaqdır. Prezident qeyd etdi ki, xüsusilə sərt və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət nəzarət altında saxlanılır. Həqiqətən də üç-dörd günün statistikası nikbinlik üçün əsas yaradır. Son günlərdə yoluxanların sayı ilə sağalanların sayı arasında dinamika artıq müsbətdir. Yəni daha çox insan sağalır, nəinki bu xəstəliyə yoluxur. Bunun başlıca səbəbi görülmüş tədbirlərdir”.

Millət vəkilinin sözlərinə görə, karantin rejiminin uzadılmasından öncə Prezident artıq həssas təbəqə ilə bağlı tapşırıqlarını vermişdi:

“Xüsusi karantin rejimi daha iki həftə uzadıldı. Hesab edirəm ki, bu düzgün addımdır. Çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir. Bu nailiyyəti davamlı etmək lazımdır.

Karantin rejimi uzadılmazdan öncə isə Prezident artıq insanların sosial təminatı üçün addımların atılması qərarını verdi. Yəni proseslər paralel aparılır və hədəf də xalqı qlobal bəladan qorumaqdır”.

Deputat bildirib ki, birdəfəlik sosial yardım alanların sayının 200 min nəfərdən 600 min nəfərə qaldırılması da ölkə başçısının humanist addımıdır:

“Bu gün pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əmək haqları dövlət tərəfindən qarşılanır. Bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Bundan əlavə, vətəndaşlardan gələn müraciətlərin çox olmasına görə ölkə başçısı birdəfəlik ödəmə alacaq insanların sayını 200 mindən 600 minə yüksəltdi. Yəni 600 min insan birdəfəlik yardımdan faydalana biləcək.

Bu, bir daha Azərbaycan dövlətinin və şəxsən cənab Prezidentin humanist mahiyyətini göstərir. Ölkə başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR