Prezident İsmayıllıya pul ayırdı
Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (27 km)–Quşencə–Zoğallıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:
1. Üç min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (27 km)–Quşencə–Zoğallıq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,9 milyon (iki milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət