Slimfit
  1. CƏMİYYƏT

Prezident İlham Əliyevin Almaniyada ermənilərə tanıdığı növbəti sülh şansı sonuncuya çevrilə bilər - Aydın Quliyev

Prezident İlham Əliyevin Almaniyada ermənilərə tanıdığı növbəti sülh şansı sonuncuya çevrilə bilər - Aydın Quliyev
Sakura

Prezident İlham Əliyevin Almaniyada ermənilərə tanıdığı növbəti sülh şansı sonuncuya çevrilə bilər - Aydın Quliyev

Son bir həftədə Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Bakı zirvəsindən sonra Almaniya liderləri ilə yüksək görüşlərində 2-ci dəfə Ermənistana sülh şansı tanıdığını bəyan etdi. Ermənistanla bərabər onun himayədarlarını və beynəlxalq vasitəçiləri də Ermənistanı bu şansa lazımı qiymət verməsi üçün təşfiq etməyə çağırdı. Prezident İlham Əliyevin Ermənistana şans tanıma jestləri aydın hədəflərə və konkret məzmuna malikdir. Açıq mətnlə deyildi ki, təcavüzkar siyasət nəticəsində Ermənistan öz gələcəyini müstəqil qurmaq şanslarını itirir və sülh sazişinin imzalanmayacağı halda ümumiyyətlə dövlətçiliyini itirmək təhlükəsindədir.

Ens.az Trend -ə istinadən xəbər verir kiAzərbaycan Prezidenti Ermənistana sülh şansları tanımaqla dövlətimizin konstruktiv siyasətini bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin sülh təkliflərinin konstruktivliyi ondadır ki, bunlar Ermənistanın 32 illik vandal siyasətinin mənfur nəticələri hələ də "göz dağı" kimi ortada olduğu bir şəraitdə irəli sürülür. Yəqin ki, Azərbaycanın yerində bir çox başqa ölkələr olsaydı, ardıcıl sülh mövzusundan yox, nəyin bahasına olursa olsun Ermənistandan ağır qisaslar alınması barədə danışardılar. Ermənistan rəhbərliyi və onun havadarları buna da dəyər verməlidir ki, Azərbaycan lideri onlara sülh şansını çox layiq olduqları bəzi məlum ağır şərtlərlə hələ irəli sürmür.

Prezident İlham Əliyevin bölgədə sülh gündəminə sadiqliyini sübut edən başqa bir fakta da baxmaq olar. Belə ki, Prezident İlham Əliyevin Almaniya görüşlərində Ermənistana növbəti dəfə sülh şansı tanıdığı bir vaxtda baş nazir Paşinyan bütün sülh prosesinin konsepsiyasına və məntiqinə zidd açıqlamalarını dövlətin adından rəsmən təqdim edirdi. Baş nazir Azərbaycanın təklif etdiyi sülh sazişi mətninə Ermənistana qarşı ərazi iddiası və Qarabağ ermənilərinin guya gələcək məhvinə əsas yaradılması kimi qiymət verirdi.

Sözsüz ki, Paşinyanın bu dəyərləndirmələri sülh prosesini pozmaq və prosesdə Azərbaycanın təşəbbüskar siyasətinə kölgə salmaq cəhdidir. Lakin Azərbaycan Prezidentinin Brüssel sülh formatını və Mişelin missiyasını qəbul etdiyini Almaniyada bir daha bəyan etməsi Paşinyanın bütün əks cəhdlərinin effektini məhf edən amillərdir.

Prezidentin Almaniya görüşləri vasitəsilə Ermənistana növbəti sülh şansı tanımasının gücünü artıran başqa bir amil də var. Belə ki, həm Ermənistan rəhbərliyi, həm də separatçılar Qarabağın erməni sakinləri ilə Bakının təmaslarına təxribatçı mövqelərini davam etdirirlər. Bütün dünyanın gözü qarşısında gedən proses budur ki, Azərbaycan lideri qarşı tərəfə dönə-dönə sülh şansları tanıdığı halda, separatçıların qondarma qurum təmsilçiləri Azərbaycanla heç bir inteqrasiya perspektivi tanımadıqlarını bəyan edir, Ermənistanın baş naziri isə özünə məxsus "müdrik tonla" təmas üçün Bakıya dəvət olunmuş erməni təmsilçilərinin Bakldan geri sağ salamat qayıda biləcəklərini şübhə altına alan bəyanat səsləndirir, dünyada sanki "bir-iki ermənini Bakıya" dərilərini soymağa və ya girov götürməyə çağırırlar" kimi absurd rəy yaratmaq istəyir. Halbuki dünya Bakıda azı 40-50 min erməninin hüsur içində yaşadığını yaxşı bilir.

Son günlər Azərbaycanın Qarabağ bölgəsində məhz separatçıların, Ermənistanın və sülhməramlıların oynadıqları "trio oyunlar"a bacmayaraq, Azərbaycan Prezidenti öz sülh təşəbbüskarlığına nə qədər sadiq, ardıcıl və təmkinli yanaşdığını bir daha təsdiqləyir. Təsəvvür etmək çətin deyil ki, bu " trionun" dalda -bucaq yollarla Xankəndi ermənilərinə silah-sursat daşıdığı bir vaxtda Azərbaycan lideri bəlkə də son dəfə qarşı tərəfə sülh şansı tanımaqla hansı fədəkarlığa gedir....

Bütün bunların isə sülh naminə edildiyini hər kəs digər postmüharibə reallıqlarında olduğu kimi qəbul edəcək....

Aydın Quliyev,

"Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR