Slimfit
  1. MƏDƏNİYYƏT

Prezident İlham Əliyevə təşəkkür edirəm - Mənsum İbrahimov

Prezident İlham Əliyevə təşəkkür edirəm - Mənsum İbrahimov
Sakura

Prezident İlham Əliyevə təşəkkür edirəm - Mənsum İbrahimov

Görüşdə iştirak edən hər bir qurumun təmsilçisi birliklərin problemlərini qabartdı.

“Bütün sənət adamları adından prezident İlham Əliyevə təşəkkür edirəm”.

Bunu AzNews.az-a Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov prezident İlham Əliyevin sənət adamları ilə bağlı keçirdiyi görüşü şərh edərkən deyib:

“Prezidentin bir qrup mədəniyyət və incəsənət xadimləri ilə keçirdiyi görüş məndə böyük təəsürat yaradıb. O, görüşdə verdiyi fərmanlardan və görülən işlər haqqında məlumat verdi. Prezident dedi ki, “mən sizinlə görüşə gəlmişəm. Vaxtım çoxdur, kimin nə sözü varsa, buyursun. Mədəniyyət sahəsində görüləcək işləri və problemləri sizlərin dilinizdən eşitmək istəyirəm”. Görüşdə iştirak edən hər bir qurumun təmsilçisi birliklərin problemlərini qabartdı. Sonda prezident özü çıxış elədi və qaldırılan bütün problemlərə öz fikirini bildirdi. Dedi ki, bütün bunlar araşdırılacaq və müsbət qərarlar veriləcək”.

Xanəndə vurğulayıb ki, prezident görüşdə özəl kanallarda da Bədii Şuranın yaradılmasından danışıb:

“Prezident bildirdi ki, “bəzən özəl kanallarda rəqabətə görə aşağı səviyyəli verilişlər, bayağı musiqilər verirlər. Bundan əlavə Azərbaycan dili təhrif olunur”.

Mənsum İbrahimov dedi ki, görüşdə prezident Muğam müsabiqəsindən də söz açıb: “Prezident qeyd etdi ki, “bizim ailəmiz Muğam müsabiqəsinə baxır. Müsabiqə hər dəfə çəmiyyətə yeni gəncləri tanıtdırır və bu da bizi sevindirir. Əsas odur ki, cəmiyyətdə muğama böyük sevgi var”.

Mənsum İbrahimov qeyd edib ki, prezident İlham Əliyev çıxışında belə görüşlərin tez-tez keçiriləcəyini deyib.

Qeyd edək ki, martın 1-də Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR