Slimfit
  1. SİYASƏT

Prezident İlham Əliyev: “Türkiyə ilə ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılıb”

Prezident İlham Əliyev: “Türkiyə ilə ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılıb”
Sakura

“Bizim bütün istiqamətlər üzrə, o cümlədən ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılıb. Keçən il bizim ticarət dövriyyəmiz altı milyard dollardan çox olub”.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki,  bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.

Bu ilin yeddi ayında ticarət dövriyyəsinin daha 40 faiz artdığını və daha da artacağına əminliyini ifadə edən dövlətimizin başçısı bildirib:

“Düzdür, hədəf çox, yəni, yüksək rəqəmlərlə ölçülür. Bir müddət bundan əvvəl 15 milyard dollar ticarət dövriyyəsi hədəfləmişdik. O zaman ticarət dövriyyəsi təqribən iki milyard dollar idi. Amma indi altı milyard dolları ötüb. Yəqin ki, yaxın gələcəkdə buna da çatacağıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR