Prezident İlham Əliyev: Özbəkistan yüksək siyasi nüfuza malik ölkəyə çevrilib
Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında yüksək siyasi nüfuza malik olan ölkəyə çevrilib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirib.
Dövlət başçısı qeyd edib: “Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında yüksək siyasi nüfuza malik ölkəyə çevrilib. Biz buna səmimi-qəlbdən sevinirik. Şavkat Miromonoviçin müdrik siyasətinin son təzahürü özbək idmançılarının Yay Olimpiadasında tarixi uğuru oldu. Onlar çoxlu medal qazandılar, onlardan 8-i qızıldır. Həmçinin müsəlman ölkələri arasında birinci və dünyada 13-cü yeri tutdular. Bu, tarixi nailiyyətdir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət