Slimfit
  1. SİYASƏT

Prezident İlham Əliyev Litva və Latviyanın yeni prezidentlərini təbrik edib

Prezident İlham Əliyev Litva və Latviyanın yeni prezidentlərini təbrik edib
Sakura

Prezident İlham Əliyev Litva və Latviyanın yeni prezidentlərini təbrik edib

Prezident İlham Əliyev Litvanın yeni seçilmiş Prezidenti Gitanas Nausedaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Nauseda, Litva Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Litva arasındakı münasibətlər dinamik və ardıcıl inkişaf yolundadır. Ümidvaram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Dövlət başçısı həmçinin Latviyanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Egils Levitsə təbrik məktubu göndərib:

"Hörmətli cənab Levits, Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Latviya münasibətləri xoş ənənələrə malikdir. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR