Dərc edildi: Baxış sayı: 303
Prezident İlham Əliyev: “İsrail Prezidentinin səfəri ölkələrimiz arasında dost münasibətlərin inkişafına stimul verəcək”
Əminəm ki, bu səfər (İsrail Prezidentinin səfəri – red.) ölkələrimiz arasında dost münasibətlərin inkişafına stimul verəcək.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxaq Hersoqla geniş tərkibdə görüşdə söyləyib.
İsrail Prezidenti ilə ikitərəfli münasibətlərin gündəliyi və regional məsələlər barədə çox yaxşı müzakirələrin aparıldığını söyləyən dövlətimizin başçısı deyib:
“Əminəm ki, heyət nümayəndələri ilə görüşlər, bilavasitə Sizinlə bu gün və sabah aparacağımız söhbət çərçivəsində geniş səpkidə məsələlər müzakirə olunacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət