Dərc edildi: Baxış sayı: 385
Prezident İlham Əliyev İraqın dövlət başçısını təbrik edib
Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Bərham Salehə təbrik məktubu ünvanlayıb.
“Report” xəbər verir ki, təbrik mətnində deyilir:
“Hörmətli cənab Prezident,
İraq Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə İraq arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İraq xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət