Slimfit
  1. SİYASƏT

Prezident İlham Əliyev: “Dövlət-din münasibətlərinin əsasını Ulu öndər Heydər Əliyev qoyub”

Prezident İlham Əliyev: “Dövlət-din münasibətlərinin əsasını Ulu öndər Heydər Əliyev qoyub”
Sakura

Prezident İlham Əliyev: “Dövlət-din münasibətlərinin əsasını Ulu öndər Heydər Əliyev qoyub”

“Azərbaycan mültikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir”.

APA-nın məlumatına görə, bunu bu gün Dünya dini liderlərinin II Bakı Sammitində çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, multikulturalizm Azərbaycanda həm həyat tərzi, həm dövlət siyasətidir: “Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox önəmli addım atılıb və bir neçə beynəlxalq mötəbər tədbir keçirilib. Bu tədbirlərin bəziləri ənənəvi xarakter daşıyır. Məsələn, Bakı Humanitar Forumu, BMT tərəfindən dəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya Dinlərinin Liderlərinin Zirvə Görüşü ənənəvi olaraq keçirilir. Bütün bu tədbirlərin bir məqsədi var: Dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək, beləliklə, dünyada gedən müsbət proseslərə öz töhfəmizi vermək. Çünki biz yaxşı görürük, mətbuatdan da izləyirik ki, dini, etnik, məzhəb zəminində bir çox xoşagəlməz hallar - münaqişələr, qarşıdurmalar, müharibələr, qardaş qanının axıdılması baş verir. Əfsuslar olsun ki, bəzi hallarda psevdodini şüarlar altında cinayətlər törədilir. Biz bu istiqamətdə öz səylərimizi birləşdirməliyik”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir: “Dövlət-din münasibətlərinin əsasını Ulu öndər Heydər Əliyev qoyub. Heydər Əliyev Azərbaycan xalqının böyük oğludur və bütün dövrlərdə, həm sovet, həm də müstəqillik dövründə xalqa ləyaqətlə xidmət edib. Bütün başqa istiqamətlər üzrə olduğu kimi, dövlət-din münasibətlərinin təməlini də məhz Heydər Əliyev qoyub. Müasir Azərbaycanın inkişaf konsepsiyasını biz onun adı ilə bağlayırıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR