Slimfit
  1. SİYASƏT

Prezident İlham Əliyev Donald Trampın təbrik məktubundan danışıb

Prezident İlham Əliyev Donald Trampın təbrik məktubundan danışıb
Sakura

Prezident İlham Əliyev Donald Trampın təbrik məktubundan danışıb

 

"Siz haqlı olaraq qeyd etdiyiniz kimi, biz iki mühüm tədbirin təşkilində Sizin əla avadanlığınızı istifadə etdik. Texniki nöqteyi-nəzərdən deyə bilərəm ki, hər iki tədbir çox gözəl baş tutdu, çünki bu iş asan deyildi. Əgər türkdilli dövlətlərin Sammiti cəmi bir neçə dövləti əhatə edirdisə, ikinci tədbirə gəldikdə, iştirakçılar qırxdan artıq idi. Orada, həmçinin beynəlxalq təşkilatlar var idi. Yeri gəlmişkən, ilk dəfə idi ki, Qoşulmama Hərəkatı və Avropa İttifaqı eyni tədbirdə iştirak edirdi. Əvvəllər, bu, heç zaman baş verməmişdir. Azərbaycan həmin iki mühüm beynəlxalq tədbiri başladı".

Ens.az Report.az-a istinadən xəbər verir ki,bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfransda deyib.

Dövlət başçısı bildirib: 

"Təbii ki, onların hər ikisi koronavirusla və beynəlxalq səviyyədə onunla mübarizə ilə əlaqəli idi. Sizə deyə bilərəm ki, texniki dəstək əla idi. Mən bu fürsətə görə minnətdaram. Hazırda bu imkanlardan sizinlə söhbət etmək üçün istifadə edirik. Yeri gəlmişkən, sizə deyə bilərəm ki, mənim sizin əla sisteminiz vasitəsilə həmkarlarımızla, yəni, dövlət başçıları ilə artıq bir neçə söhbətim olub. Lakin bu, ilk dəfədir ki, mən şirkətin rəhbərləri ilə bu cür söhbət edirəm. Fikrimcə, xoş təsadüfdür ki, bu, CISCO-dur.

Bu, ölkələrimiz arasında çox sıx və deyərdim ki, strateji tərəfdaşlığı nümayiş etdirir. İlk bu cür söhbət apardığım şirkət Birləşmiş Ştatları təmsil edən şirkətdir. Yeri gəlmişkən, sizə deyə bilərəm ki, dünən mən Prezident Trampdan məktub almışam. O, məni və Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə təbrik edib. Öz məktubunda Prezident Tramp yazır ki, təxminən 30 ildir Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi, enerji təchizatının şaxələndirilməsini, siyasi islahatlar məsələlərini təmin etmək üçün birgə işləyirlər. Həmin məktubda, o, xüsusi olaraq qeyd edir ki, iki böyük dövlətimiz gələcəkdə daha çox işlər görəcək. Bu, ABŞ ilə Azərbaycan arasında dostluğun çox mühüm təzahürüdür".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR