Prezident İlham Əliyev: "Bizim yeni planlarımız var"
"Hesab edirəm ki, Bakı, Sumqayıt, Şamaxı layihələri sizin şirkətinizin yüksək fəaliyyətini, səmərəliliyini, həqiqətən də, nümayiş etdirir".
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 25-də "Signify" (əvvəlki adı "Philips Lighting") şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edərkən deyib.
"Bizim yeni planlarımız var. Biz artıq digər böyük şəhərlərlə və əlbəttə ki, işğaldan azad olunmuş ərazilərlə bağlı bu planları müzakirə etmişik. Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq və küçələrin işıqlandırılması bunun mühüm bir hissəsi olacaqdır", - dövlət başçısı vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət