Slimfit
  1. SİYASƏT

Prezident İlham Əliyev: “Azərbaycan regionda təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır”

Prezident İlham Əliyev: “Azərbaycan regionda təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır”
Sakura

Prezident İlham Əliyev: “Azərbaycan regionda təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır”

“Azərbaycan regionda təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır. Lakin regionun ən ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır”. “Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskinin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilib və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. “Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların da bununla bağlı bənzər qətnamələri var. 2018-ci ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış Tərəfdaşlıq Prioritetləri sənədində də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunub”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR