Slimfit
  1. SİYASƏT

Prezident İlham Əliyev: “Azərbaycan bəlkə də dövlət tərəfindən bütün vətəndaşlara tibbi müayinədən keçmək şəraitinin yaradıldığı nadir ölkələrdən biridir”

Prezident İlham Əliyev: “Azərbaycan bəlkə də dövlət tərəfindən bütün vətəndaşlara tibbi müayinədən keçmək şəraitinin yaradıldığı nadir ölkələrdən biridir”
Sakura

Prezident İlham Əliyev: “Azərbaycan bəlkə də dövlət tərəfindən bütün vətəndaşlara tibbi müayinədən keçmək…

“Mən tövsiyə edərdim ki, hər bir vətəndaş idmanla məşğul olsun. Özü də həftədə, ayda bir dəfə yox, müntəzəm olaraq”.

APA-nın xəbərinə görə, bunu dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev deyib.

“Bunun çox böyük xeyri var və əgər belə olarsa, hər bir insan öz həyatında bunu görəcəkdir. Mən ümid edirəm ki, biz buna nail olacağıq. Çünki başqa sahələrdə mənim tövsiyələrim artıq həyatda öz əksini tapır. Bəlkə də indi siz yaxşı xatırlayırsınız ki, rayon mərkəzlərində və kəndlərdə yeni xəstəxanaların, tibb ocaqlarının açılışı zamanı mən dəfələrlə eyni məsələyə qayıdıb tövsiyə edirdim ki, hər bir vətəndaş ildə bir dəfə tibbi müayinədən keçsin və bilsin, onun sağlamlığı, səhhəti nə yerdədir. Əgər hər hansı bir xəstəliyin ilkin təzahürləri varsa dərhal müalicə alsın və sağalsın. Bütün şəhərlərdə, rayonlarda müasir, özü də ən yüksək dünya standartlarına cavab verən tibb mərkəzlərimiz yaradılandan sonra artıq bu prosesə daha çox meyl göstərilir. Ondan sonra biz bunu mütəşəkkil qaydada icra etməyə başladıq. Artıq bir neçə ildir ki, böyük maarifləndirmə və təbliğat işləri apararaq vətəndaşların pulsuz müayinədən keçmələri üçün imkanlar yaratdıq. Bu il 5 milyondan çox Azərbaycan vətəndaşı pulsuz tibbi müayinədən keçibdir. Orada müayinədən keçən vətəndaşların əgər hər hansı bir xəstəliyi olarsa, dərhal müalicə edilir. Əgər rayon şəraitində buna imkan yoxdursa, Bakıya göndərilir və beləliklə, insanlar öz səhhətini qoruyurlar. Biz buna nail olmuşuq və deyə bilərəm ki, Azərbaycan bəlkə də dünyada dövlət tərəfindən bütün vətəndaşlara tibbi müayinədən keçmək şəraitinin yaradıldığı nadir ölkələrdən biridir. Əminəm ki, mənim hər bir insanın fiziki imkanlarına uyğun olaraq idmanla məşğul olması barədə tövsiyəm də həyatda öz əksini tapacaq. Onda hər bir insan görəcək ki, bunun nə qədər böyük faydası var”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR