Slimfit
  1. SİYASƏT

Prezident İlham Əliyev: Artıq iki ildən çoxdur ki, Laçının yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb

Prezident İlham Əliyev: Artıq iki ildən çoxdur ki, Laçının yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb
Sakura

Prezident İlham Əliyev: Artıq iki ildən çoxdur ki, Laçının yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb

Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edilmişdir. Bu, ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi və bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunan Məsim Məmmədovu qəbul edərkən deyib:

"AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, ovaxtkı - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır və əlbəttə ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur.

İkinci Qarabağ müharibəsi başa çatanda rayon bizim nəzarətimizə keçsə də, Laçın şəhəri nəzarətimizdən kənarda idi. Bunun obyektiv səbəbləri var idi. Çünki Ermənistandan Qarabağa gedən yol Laçın şəhərinin ortasından keçirdi. 2020-ci il noyabrın 9-da Rusiya Prezidenti ilə gün ərzində apardığım bir çox saatlıq telefon danışıqları nəticəsində biz nail olduq ki, Laçın şəhərinin də Azərbaycana qaytarılması şərtləndirilsin. Bu məqsədlə alternativ yolun çəkilişi mənim təkidimlə yekun Bəyanata salınmışdır və müddət göstərilmişdir. Amma bu, bir qədər qeyri-müəyyən ifadələrlə göstərilmişdir ki, üç il ərzində bu məsələ ilə bağlı müzakirələr aparılacaq. Ancaq İkinci Qarabağ müharibəsi başa çatan kimi mən dərhal göstəriş verdim ki, yeni yolun marşrutu və bütün texniki parametrləri müəyyən edilsin. Biz bu işə tezliklə başlamışıq və bunu bir il yarım ərzində həll etmişik. Yəni, Laçın şəhərindən yan keçən yeni yol çəkildi və keçən il avqustun əvvəlində, daha doğrusu, avqustun 2-də yol istismara hazır idi. Biz Rusiya sülhməramlı qüvvələrinin komandanlığına xəbər göndərmişdik ki, artıq onlar öz postlarını ovaxtkı marşrutdan çıxarıb yeni yola keçirsinlər və avqustun 5-nə qədər biz Laçın şəhərinə, Zabux və Sus kəndlərinə girməliyik. O vaxt bizim nümayəndələrimizlə təmasda olan Qarabağ ermənilərinin nümayəndələri bizdən xahiş etmişdilər ki, vaxt verin, biz avqustun 25-nə qədər özümüz bu məsələləri həll edərik, orada qanunsuz məskunlaşmış erməniləri Laçın şəhərindən, Zabux və Sus kəndlərindən çıxaracağıq və beləliklə, məsələ rahat şəkildə öz həllini tapa bilər. Mən buna etiraz etmədim, yəni 20 gün o qədər də böyük fərq etmir. Beləliklə, Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış bütün ermənilər aparılan işlər nəticəsində avqustun 25-də oradan çıxarılmışdır. Avqustun 26-da biz Zabux, Sus kəndlərinə və Laçın şəhərinə qayıtmışıq. Ondan sonra mən Laçın şəhərinə səfər etdim, Azərbaycan Bayrağını şəhərin mərkəzində qaldırdım və bəyan etdim ki, biz artıq bu doğma diyarımızda əbədi yaşayacağıq.

Ondan dərhal sonra göstəriş verildi ki, biz vaxt itirmədən Laçın şəhərinin yenidən qurulması prosesinə start verək. Artıq iki ildən çoxdur ki, Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb. Bildiyiniz kimi, Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləşmişdik. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı. Biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR