Dərc edildi: Baxış sayı: 456
Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırıb
Prezident İlham Əliyev Ağdam rayonunun Kolqışlaq-Mirəşelli-Əhmədağalı-Çıraxlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla doqquz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Kolqışlaq-Mirəşelli-Əhmədağalı-Çıraxlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət