Slimfit
  1. CƏMİYYƏT

Prezident ilə görüşən laçınlı nənə: “Bizə verilən evi Bakıda satışa qoysan, 300 minə gedər”

Prezident ilə görüşən laçınlı nənə: “Bizə verilən evi Bakıda satışa qoysan, 300 minə gedər”
Sakura

Prezident ilə görüşən laçınlı nənə: “Bizə verilən evi Bakıda satışa qoysan, 300 minə gedər”

“Sevincimin həddi-hüdudu yox idi”.

Ens.Az-ın məlumatına əsasən,bu sözləri ötən gün doğma yurduna qayıdan, Prezident ilə görüşən, Laçın şəhər sakini 78 yaşlı Ruqiyə Xəlilova Oxu.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dünən ən böyük arzusu həyata keçib:

“Dünən çox əlamətdar oldu. Həm Müstəqillik Günümüzü qeyd etdik, həm də doğma yurdumuza - Laçına qayıtdıq. Bundan gözəl nə ola bilərdi ki... Digər bir sevincim isə şəxsən Prezidentimiz İlham Əliyev ilə görüşməyim oldu. Bu, mənim ən böyük arzum idi. O da həyata keçdi.

Öz doğma yurd-yuvasına qayıdanların sevincinin həddi-hüdudu yox idi. Biz doğma ata-baba yurdumuza qayıtdıq. Prezidentimiz də sevincli idi. Bu, onun gərgin əməyinin, güclü siyasətinin nəticəsi idi. 44 günlük müharibədə əldə etdiyimiz qələbə bütün dünya ölkələri arasında güclü olmağımızı bir daha göstərdi”.

R.Xəlilova Laçından sonuncu dəfə 1992-ci ildə çıxdığını qeyd edib:

“Biz çox həyəcanlı idik. Mən Laçından 1992-ci ildən çıxmışam. O zamanlar 47 yaşım var idi. İndi 78 yaşım var. 31 il sonra doğma elimə qayıtmaq qismət oldu. Dünənki gün çox xoşbəxt idim. İtirdiklərimizə görə kədərlənirəm. Çoxlu şəhid vermişik. Onların da ruhu şaddır. Mən nə vaxt Bakıya qayıtsam, Laçının torpağından aparıb doğmalarımın qəbrinin üzərinə tökəcəyəm.

Hazırda Laçındayıq. Öz evimizdəyik. Çox gözəl ev ilə təmin olunmuşuq. Bakıda bu evi satışa qoysan, 200-300 min manata satarsan. Evdə üç nəfərik. İki nəvəm, bir mənəm. Özüm də 46 il ibtidai sinif müəllimi olaraq fəaliyyət göstərmişəm”.

Ruqiyə Xəlilova sevincini Prezidentlə bölüşməyindən də bəhs edib:

“Çox sevincli idim. Sevincimi cənab Prezident İlham Əliyev ilə bölüşdüm. O, mənə qucaq açdı. Mən də ona sarıldım. Ona uzun ömür arzu etdim.

Dünən daha bir əlamətdar gün oldu. Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildi. Biz bir millət, iki dövlətik. Rəcəb Tayyib Ərdoğan Azərbaycanın hər zaman yanında olub. O, hər zaman Prezident İlham Əliyevin doğma qardaşı olduğunu isbat edib. Qürurvericidir.

Şükür ki, Rəcəb Tayyib Ərdoğan da prezident seçildi. Allah hər ikisini qorusun. Həmişə belə şən günlərdə qoşa dayansınlar. Hər iki dövlətin bayrağı qoşa dalğalansın. Bütün türk dünyasına xoşbəxtlik, sülh və əmin -amanlıq arzu edirəm”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR