Prezident İcra Hakimiyyətinə vəsait ayırdı - Sərəncam
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Kürdəmir şəhərində 8 nömrəli körpələr evi-uşaq bağçası üçün yeni binanın tikintisi və şəhər infrastrukturunun yeniləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Kürdəmir şəhərində 8 nömrəli körpələr evi-uşaq bağçasının yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kürdəmir Rayon İcra Hakimiyyətinə üç milyon manat, o cümlədən, 8 nömrəli körpələr evi-uşaq bağçasının 100 yerlik yeni binasının tikintisi üçün 1,5 milyon manat, səkkiz küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün 1,5 milyon manat ayrılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət