Dərc edildi: Baxış sayı: 436
Prezident hökuməti büdcəyə yenidən baxmağa çağırdı
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətə büdcəyə yenidən baxmağı təklif edib.
Axar.az xəbər verir ki, bu məlumatı “Neytral Türkmənistan” qəzeti yayıb. Məlumata görə, Berdiməhəmmədov 2020-ci ilin ilk rübündə operativ tədbirlərə xüsusi diqqət ayırmağa, eləcə də türkmən biznesini dünya böhranının neqativ təsirindən qorumağa çağırıb.
Prezident, həmçinin kiçik və orta biznesin kreditləşməsi proqramının genişləndirilməsinin vacibliyi barədə danışıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət