Slimfit
  1. AZƏRBAYCAN

Prezident göstərişi: qatarlar daha tuneldə qalmayacaq

Prezident göstərişi: qatarlar daha tuneldə qalmayacaq
Sakura

Prezident göstərişi: qatarlar daha tuneldə qalmayacaq

 

Bakı Metropoliteni QSC üçün ümumi gücü 39 meqavat olan 17 ədəd generator alınıb.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanovun sözlərinə görə, hazırda generatorların sazlama və quraşdırma işləri görülür: “Hazırda “Azərişıq”ın 215 saylı yarımstansiyasında 2 dizel generatoru quraşdırılıb. Hər bir generator 500 litr yanacaq tutur. Enerji tam kəsilən zaman genertorlar işə düşərək işıqlandırma, eskalatorların hərəkəti, su və havalandırma sisteminin işini təmin edəcək. Həmçinin bu generatorlar elektrik avadanlıqlarının minimal hərəkətini təmin edəcək. Yəni qatarlar daha tuneldə qalmayacaq”.

Qeyd edək ki, ötən il iyunun 3-4-ü tarixlərində Azərbaycanda baş verən elektrik qəzası zamanı metro qatarlarının tuneldə qalmasından sonra Prezident İlham Əliyev metro stansiyalarının generatorlarla təmin edilməsi barədə göstəriş vermişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR