Prezident: “Fransa Qarabağ münaqişəsinin tənzimlənməsi üçün səylərini davam etdirəcək”
“Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, ədalətli və uzun müddətli tənzimlənməsində səylərini davam etdirəcəyinə əmin ola bilərsiniz”.
“Report” “Panorama.am”ya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyana göndərdiyi təbrik məktubunda bildirib.
E.Makron N.Paşinyanı dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərində rəhbərlik etdiyi siyasi blokun qələbə qazanması münasibətilə təbrik edib.
Fransa Prezidenti Ermənistana yardımı davam etdirəcəklərini də bildirib.
Qeyd edək ki, dekabrın 9-da Ermənistan parlamentinə növbədənkənar seçkilər keçirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət