Slimfit
  1. SİYASƏT

Prezident: “Erməni tərəfi sözlərimə qulaq assaydı, məğlubiyyətləri bu dərəcədə alçaldıcı olmazdı”

Prezident: “Erməni tərəfi sözlərimə qulaq assaydı, məğlubiyyətləri bu dərəcədə alçaldıcı olmazdı”
Sakura

Prezident: “Erməni tərəfi sözlərimə qulaq assaydı, məğlubiyyətləri bu dərəcədə alçaldıcı olmazdı”

Müharibənin ilk günündən mən deyirdim ki, işğal edilmiş bütün ərazilərdən çıxmaq müddətini bizə təqdim edəcəkləri anda biz dayanmağa hazırıq. Əgər erməni tərəfi mənim sözlərimə qulaq assaydı, o halda onların məğlubiyyəti bu dərəcədə alçaldıcı və ağrılı olmazdı, bu qədər tələfat da olmazdı.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu sözləri Prezident İlham Əliyev dünən keçirdiyi mətbuat konfransında deyib.

Mətbuat konfransında Rusiyanın “Zvezda” və “Bolşaya Aziya” mediaholdinqlərinin təmsilçisi prezident İlham Əliyevin bütün dünyanın gözü qarşısında nadir president yaratdığını qeyd edib. Ölkə başçısının Qarabağ müharibəsi zamanı mütləq mənada sülhməramlı kimi çıxış etdiyini, 23 dəfə sülh haqqında danışdığını, digər tərəfin bir dəfə də olsun, bu cür bəyanat vermədiyini xüsusilə vurğulayan media nümayəndəsi bundan sonra Ermənistan ilə dövlət səviyyəsində münasibətləri necə qurmaq niyyətində olduğunu sual verib.

Xarici media nümayədəsinə sentyabr-noyabr aylarında baş verən hadisələrə belə diqqət ayırdığına görə təşəkkür edən Prezident İlham Əliyev ünvanlanan sualı isə belə cavablandırıb:

“Mən sülh barədə neçə dəfə danışmağımı doğrusu saymamışam, lakin siz saymısınız. Bu, o deməkdir ki, siz sualın mahiyyətinə çox diqqətlə varmısınız. Buna görə də cavab vermək mənə asan olacaq. Əslində, mən sülh barədə çox danışmışam və dediklərimi bu gün bir daha təkrar etmək istəyirəm. Müharibənin ilk günündən mən deyirdim ki, işğal edilmiş bütün ərazilərdən çıxmaq müddətini bizə təqdim edəcəkləri anda biz dayanmağa hazırıq. Əgər erməni tərəfi mənim sözlərimə qulaq assaydı, o halda onların məğlubiyyəti bu dərəcədə alçaldıcı və ağrılı olmazdı, bu qədər tələfat da olmazdı.

Bununla yanaşı, Ermənistan tərəfi baş nazirin şəxsində Prezident Putinin sözlərinə də qulaq asmadı. Mən bu barədə danışa bilərəm, çünki o, özü bu barədə şəxsən deyib ki, müharibə dövründə biz dəfələrlə əlaqə saxlamışıq. Mən deməliyəm, təbii ki, bizim Ermənistanın baş naziri ilə əlaqəmiz olmayıb və yoxdur. Lakin Prezident Putin vasitəsilə bir növ bir-birimizə müxtəlif mesajlar ötürürdük. Bildiyimə görə, Rusiya Prezidenti də bu barədə deyib ki, Ermənistan baş naziri onun sözlərinə qulaq asmayıb və bununla da vəziyyəti o dərəcədə ağırlaşdırıb ki, kapitulyasiya haqqında aktı haradasa, hansısa qaranlıq otaqda imzalamağa məcbur olub.

Əgər yadınızdadırsa, o, hətta imzalanma mərasimində də yox idi. Buna görə də hər şey Ermənistan rəhbərliyinin və Ermənistan iqtidarının hansı siyasəti seçəcəyindən asılı olacaq. Bizim siyasətimiz həm müharibə dövründə, həm müharibədən sonra birmənalıdır. Mən bu siyasəti qısaca və dürüst ifadə edərək bu gün də deyirəm ki, bizim hədəfimiz sülhdür. Müharibə bizə lazım deyildi. Bu, məcburi tədbir idi. Bu tədbir bütün otuz illik səmərəsiz danışıqlardan daha effektli oldu.

Beləliklə, hər şey Ermənistan rəhbərliyinin müasir reallıqlara düzgün qiymət verməsindən, düzgün nəticə çıxarmasından və revanşist cəhdlərin istisna edilməsindən asılı olacaq. Biz bütün olanları izləyirik, daha da diqqətlə izləyəcəyik. Biz təkcə işğal edilmiş ərazilərdə deyil, həm də Ermənistan ərazilərində vəziyyəti izləyirdik. Biz bütün yerdəyişdirmələri, o cümlədən uzaqmənzilli raketlərin də irəli çıxarılmasını görürdük, bu gün isə daha artıq dərəcədə görürük. Buna görə də mən erməni rəhbərliyinin hiyləgərlik etməsini, bizi aldatmağa çalışmasını məsləhət görmürəm. Bu, sadəcə, artıq mümkün deyil.

Əgər Ermənistan tərəfindən bu cür yanaşma olarsa, o halda biz əlaqələrin bundan sonra möhkəmlənməsi planında münasibətləri quracağıq. Əlbəttə ki, əgər hər şey məhz bu cür, bizim fikirləşdiyimiz kimi gedərsə, hansısa mərhələdə sülh sazişinin də imzalanmasını istisna etmirik. Çünki 10 noyabr tarixli Bəyanat mahiyyətcə elə de-fakto sülh sazişidir. Tərəflərdən biri digərinə qalib gəlirsə, tərəflərdən biri kapitulyasiya haqqında akt imzalayırsa, sülh sazişlərində daha nə lazımdır? Lakin 10 noyabrda imzalanan sənəd de-fakto elə Ermənistanın tam kapitulyasiyası barədə aktdır. Buna görə də, əlbəttə, biz bu yolla getməyə hazırıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR