Slimfit
  1. SİYASƏT

Prezident Əliyevin çıxışı Köçəryanı qorxuya saldı

Prezident Əliyevin çıxışı Köçəryanı qorxuya saldı
Sakura

Prezident Əliyevin çıxışı Köçəryanı qorxuya saldı

Biz dünya siyasətində fundamental dəyişikliklərə şahidlik edirik. ABŞ-ın mübahisəsiz liderliyi yeni oyunçular tərəfindən effektiv şəkildə şübhə altına alınır. Domaninantlıq resursunu əldən vermək istəməyən dünya lideri rəqiblərinin artan gücünə uğursuz şəkildə mane olmağa cəhd edir. Tarixə bəlli olan belə proseslər mütəxəssislər tərəfindən yaxşı tədqiq edilib və hər zaman qeyri-müəyyənlik, qeyri-stabillik, eləcə də kiçik və böyük müharibələrlə müşayiət olunur.

Axar.az xəbər verir ki, bu sözlər Ermənistanın eks-prezidenti Robert Köçəryanın “Sputnik Ermənistan”da dərc olunan məqaləsində yer alıb.

“ABŞ-la Çin ticarət müharibəsi, Rusiyaya qarşı sanksiyalar seriyası, ABŞ-ın orta mənzilli raketlər razılaşmasından çıxması, ABŞ-ın Yaxın Şərq dramının inkişafından uzaqlaşması, Rusiya və Türkiyə arasında Suriya ilə bağlı gözlənilməz yaxınlaşma, möhtəşəm Rusiya-Afrika forumu yeni çoxqütblü dünya nizamının formalaşmasının işartılarının heç də hamısı demək deyil. Çətin situasiya Ermənistan və Qarabağa qarşı çağırış və təhdidləri neytrallaşdıracaq sağlam xarici siyasət tələb edir.

Bu, dünya siyasətinin yeni reallığıdır, hansı ki, hər kəslə hesablaşmalı olacağıq. Bu reallıq artıq bizim regionun təhlükəsizliyinə birbaşa təsir göstərir”, – deyə o bildirib.

Köçəryan artıq ABŞ-ın və Avropa Birliyinin Türkiyəyə təsirinin zəiflədiyini söyləyib. O, Türkiyənin Suriyada qarşısını alan yeganə qüvvənin Rusiya olduğunu deyib.

Türkiyə ilə Azərbaycan arasında münasibətlərin güclənməsinə diqqət yetirən Köçəryan bunun pantürkist meyilləri gücləndirdiyini, bunun Ermənistanla Qarabağa “birbaşa təhdid” yaratdığını yazıb.

Azərbaycan Prezidentinin türk ölkələrinin Bakı sammitindəki Zəngəzurla bağlı çıxışına toxunan Köçəryan bunun təsadüf olmadığını və onun türk xalqının coğrafi məskunlaşmasının davamlılığı ideyasının aktivləşməsi istiqamətində atılan addım olduğunu vurğulayıb. Məhz buna görə o, Rusiyanın təhlükəsizlik sferasında Ermənistan üçün böyük əhəmiyyət daşıdığını və heç bir alternativi olmadığını qeyd edib:

“Yalnız təsir altına salınmış və məsuliyyətsiz siyasətçilər Rusiya bazasının ölkədən çıxarılmasında təkid edə bilərlər. Suriyanın şimalında kürdlərlə bağlı baş verənlər bizə dərsdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR