Prezident elan etdi: Postneft dövrü başladı
Mən dəfələrlə demişəm və həyat onu göstərir ki, biz elə işləməliyik, elə yaşamalıyıq, sanki biz postneft dövründə yaşayırıq.
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.
“İndi, neftin qiyməti 21-22 dollar olan zaman, faktiki olaraq bu, bizim üçün postneft dövrüdür. Biz bu dövrə hazırlıq işləri görmüşük və bu hazırlıq işləri hələ ki, davam edir. Ona görə sahibkarlardan da çox şey asılıdır. Biz bütün lazımi qərarları qəbul etdik, qanunvericilikdə lazım olan düzəlişləri etdik və edəcəyik. Ona görə indi sahibkarlar da ümumi işimizə uyğun fəaliyyət göstərməlidirlər və belə olan halda biz bu böhrandan da şərəflə çıxa biləcəyik”, - Prezident qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət