Dərc edildi: Baxış sayı: 548
Prezident daktiloskopik qeydiyyatın aparılmasına görə dövlət rüsumunu müəyyən edən qanunu imzalayıb
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
“Report” xəbər verir ki, bu dəyişiklik könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edir.
Qanuna edilən əlavəyə əsasən, könüllü dövlət daktiloskopik qeydiyyatının aparılması üçün 20 manat, genom qeydiyyatının aparılması üçün 250 manat dövlət rüsumu alınacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət