Slimfit
  1. SİYASƏT

Prezident: “Azərbaycan ilin sonuna kimi Macarıstan və Serbiyaya təbii qaz tədarük edə biləcək”

Prezident: “Azərbaycan ilin sonuna kimi Macarıstan və Serbiyaya təbii qaz tədarük edə biləcək”
Sakura

Prezident: “Azərbaycan ilin sonuna kimi Macarıstan və Serbiyaya təbii qaz tədarük edə biləcək”

“Azərbaycan ilin sonuna kimi Macarıstan və Serbiyaya təbii qaz tədarük edə biləcək”.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxışı zamanı deyib.

Prezident, Yunanıstan-Bolqarıstan qaz kəmərinin açılış mərasimində iştirak etmək üçün dəvət olunduğunu və nəticədə Azərbaycanın Bolqarıstana təbii qaz tədarük etməyə başladığını qeyd edib.

“Biz indi Bolqarıstan vasitəsilə imkanları dəyərləndiririk və əminəm ki, yaxın vaxtlarda biz qonşu ölkələrə təbii qaz nəql etməyə başlayacağıq. Əslində, Rumıniya artıq bizim əməkdaşlıq formatımızın bir hissəsidir. Əgər hər şey qrafik üzrə gedərsə və planlaşdırılan bütün interkonnektorlar vaxtında tikilərsə, o zaman ilin sonuna kimi təbii qazımız Macarıstan və Serbiyaya tədarük edilə biləcək. Beləliklə, bu, bizim təbii qaz təchizatı coğrafiyamızı genişləndirəcək”, - dövlət başçısı bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR