Dərc edildi: Baxış sayı: 639
Prezident Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyi ilə bağlı Sərəncam imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
AZƏRTAC-ın xəbərinə görə, sərəncama əsasən, Təhsil Nazirliyi ADNSU-nun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, 2020-ci ilin noyabr ayında ADNSU-nun fəaliyyətə başlamasının 100 illiyi tamam olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət