Dərc edildi: Baxış sayı: 676
Prezident Administrasiyasının şöbə müdiri işdən çıxarıldı
Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri Rövşən Nəcəf işdən çıxarılıb.
"Index" qurumun saytına istinadən xəbər verir ki, Rövşən Nəcəfin adı "Struktur" bölməsindən yığışdırılıb.
Xatırladaq ki, Rövşən Nəcəf ölkə başçısının sərəncamına əsasən ötən ilin may ayında Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinə müdir təyin edilmişdi. Bu təyinatadək o "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru olaraq işləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət