Slimfit
  1. AZƏRBAYCAN

Prezident AAYDA-nin əməkdaşlarını təbrik edib

Prezident AAYDA-nin əməkdaşlarını təbrik edib
Sakura

Prezident AAYDA-nin əməkdaşlarını təbrik edib

Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarını təbrik edib. SİA-nın məlumatına görə, təbrik məktubunu Azərbaycan avtomobil yolu təsərrüfatının yaranmasının 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Əsədov oxuyub.

Məktubda deyilir: "Hörmətli avtomobil yolu təsərrüfatı işçiləri. Sizi ölkəmizdə avtomobil yolu təsərrüfatının yaranmasının 100 illik yubileyi münasibətilə təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətinizdə nailiyyətlər arzulayıram.

1918-ci ilin iyun ayında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən, Yollar, Poçt və Teleqraf Nazirliyi yaradılmış, bununla da ölkəmizin yol təsərrüfatının ayrıca sahə kimi bünövrəsi qoyulmuşdur. Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrini layiqincə yaşadan müstəqil Azərbaycan Respublikasında ötən müddət ərzində iqtisadiyyatın sürətli inkişaf modeli ilə formalaşmasına yol təsərrüfatı və nəqliyyat sektoru dəyərli töhfələr vermişdir”.

Dövlət başçısı qeyd edib ki, avtomobil yollarının tikintisi, təmiri, saxlanılması ilə məşğul olmuş və ayrı-ayrı illərdə fərqli adlar altında fəaliyyət göstərmiş idarə və təşkilatların bügünkü varisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir: "Qurum ümummilli lider Heydər Əliyevin "Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” sözlərini haqlı olaraq öz fəaliyyətinin başlıca devizinə çevirmişdir. Ulu öndər respublikamıza rəhbərlik etdiyi illərdə yol infrastrukturunun kompleks şəkildə inkişaf etdirilməsi, avtomobil yolu təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və onun kadr potensialının gücləndirilməsinə həmişə xüsusi diqqət yetirib. Yol təsərrüfatında əsaslı dönüşün yaradılması və onun idarəetmə mexanizminin bacarıqlı, işgüzar mütəxəssislər hesabına komplektləşdirilməsi məhz Heydər Əliyevin bu istiqamətdə gerçəkləşdirdiyi məqsədyönlü inkişaf strategiyasının bəhrəsidir. Strategiyanın uğurlu davamı olaraq ölkə həyatının bütün sahələri ilə yanaşı, yol infrastrukturu sisteminin yeniləşdirilməsi və müasir standartlar səviyyəsində avtomobil yolları şəbəkəsinin genişləndirilməsi indi də diqqət mərkəzində saxlanılır”.

Prezident vurğulayıb ki, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin yenidən qurulması artıq başa çatmaq üzrədir: "Getdikcə dərinləşən yeniləşmə prosesləri fonunda yol infrastrukturunun sürətlə yaxşılaşması Azərbaycanın hazırkı dinamik inkişaf mənzərəsini səciyyələndirən başlıca cəhətlərdəndir.

İnanıram ki, yükək peşəkarlığa malik kollektiviniz öz üzərinə düşən vəzifələri bundan sonra da dərin məsuliyyət hissi ilə yerinə yetirəcək, ölkəmizin iqtisadi qüdrətinin artırılması naminə böyük əzmkarlıq və qətiyyətlə çalışacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR