Dərc edildi: Baxış sayı: 425
Premyer Liqanın tarixinə düşdü - 100 qırmızı vərəqə ilə
"Vulverhempton" - "Mançester Yunayted" oyununun baş hakimi Mayk Din İngiltərə Premyer Liqasının tarixinə düşüb.
Qol.az “goal.com”a istinadən xəbər verir ki, 50 yaşlı referi 33-cü turda keçirilən görüşün ikinci hissəsində qonaqların futbolçusu Eşli Yanqı meydandan qovub.
Bu, Dinin karyerası ərzində Premyer Liqada göstərdiyi 100-cü qırmızı vərəqə olub. Bununla da Din İngiltərə çempionatı tarixində 100 qırmızı vərəqə həddinə çatan ilk referi olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət