Dərc edildi: Baxış sayı: 570
Premyer Liqanın ən bahalı futbolçusu olacaq
"Mançester Yunayted" qapıçısı David De Geaya yeni müqavilə təklif etməyə hazırlaşır.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, ispan qapıçının komandadan getməsinin qarşısını almaq istəyən "qırmızı-şeytanlar" ona daha sərfəli müqavilə təklif edəcək.
Qəzet iddia edir ki, ispan De Gea yeni müqaviləni imzalasa, həftədə 365 min funt-sterlinq (təxminən 416 min avro) qazanacaq. Bununla da o, Aleksis Sançes (Mançester Yunayted) və Mesut Özili (Arsenal) keçərək, Premyer Liqada ən çox maaş alan futbdolçu olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət