Slimfit
  1. İDMAN

Premyer Liqada XV turun oyun cədvəli

Premyer Liqada XV turun oyun cədvəli
Sakura

Premyer Liqada XV turun oyun cədvəli

Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının XV turunun oyunlarının vaxtı müəyyənləşib. 
Azvision.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XV turun oyunları iki günü əhatə edəcək. 

Tura fevralın 2-də saat 16:30-da Zirə İdman Kompleksinin stadionunda “Zirə”–“Sabah” görüşü ilə start veriləcək. Həmin gün keçiriləcək “Keşlə”–“Səbail” oyunu isə saat 19:00-da başlayacaq. Qarşılaşma “ASK Arena”da təşkil olunacaq. 

İkinci günün ilk oyunu Qəbələ şəhər stadionunda baş tutacaq. “Qəbələ” “Sumqayıt” komandasını qəbul edəcək. 

Mərkəzi qarşılaşma hesab olunan “Qarabağ”–“Neftçi” görüşü saat 18:30-da start götürəcək. 

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı ilə canlı yayımlanacaq. 

15 turdan sonra turnir cədvəlinə 33 xalla “Neftçi” klubu başçılıq edir. Ağdamın “Qarabağ” klubu 30 xalla ikinci, aktivində 19 xal olan “Səbail” üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq “Qəbələ” (17), “Sabah” (17), “Sumqayıt” (15), “Keşlə” (12) və “Zirə” (11) qərarlaşıblar. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR