Premyer Liqa: 'Qarabağ' Belekdə, 'Neftçi' Manavqatda toplanış keçəcək
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən bütün komandalar qış fasiləsində təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanacaq.
“Report” xəbər verir ki, artıq 6 kollektivin hazırlıq proqramı bəllidir. “Keşlə” və “Sabah”ın isə Antalyada hansı tarixlərdə toplanış keçəcəkləri və harada məskunlaşacaqları hələ dəqiqləşməyib.
“Qarabağ”
Tarix: 12 – 26 yanvar
Məkan: Belek, “Gloria” oteli
Ağdam təmsilçisi Antalyada 4 yoxlama oyunu keçirəcək. Rəqiblər və tarixlər dəqiqləşməyib.
“Neftçi”
Tarix: 11 – 25 yanvar
Məkan: Manavqat, “The Sense De Luxe” oteli
“Ağ-qaralar” 15, 20 və 24 yanvar olmaqla, 3 yoxlama matçında qüvvələrini sınayacaqlar. İlk rəqib “LKS Lodz” (Polşa) olacaq. Digərləri dəqiqləşməyib.
“Qəbələ”
Tarix: 12 – 26 yanvar
Məkan: Lara, “Trendy Lara” oteli
Əyalət komandası yanvarın 14-də “Çayka” (Rusiya), 4 gün sonra isə MTK (Macarıstan) ilə üz-üzə gələcək. Qalan 2 görüş üçün rəqiblər və tarixlər dəqiqləşməyib.
“Zirə”
Tarix: 8 – 22 yanvar
Məkan: Belek, “IC Santai” oteli
Qəsəbə təmsilçi 3 yoxlama oyunu planlaşdırıb. Rəqiblər və tarixlər dəqiqləşməyib.
“Sumqayıt”
Tarix: 12 - 26 yanvar
Məkan: Lara, “ASK Lara” oteli
Sumqayıtlılar 4 yoxlama oyunu nəzərdə tutublar. Rəqiblər və tarixlər dəqiqləşməyib.
“Səbail”
Tarix: 12 – 26 yanvar
Məkan: Lara, “Miracle” oteli
“Dənizçilər” Antalyada 4 oyun keçirəcəklər. Rəqiblər və tarixlər dəqiqləşməyib.
“Keşlə”
Tarix: Dəqiqləşməyib
Məkan: Dəqiqləşməyib
“Sabah”
Tarix: Dəqiqləşməyib
Məkan: Dəqiqləşməyib
Qeyd edək ki, qış transfer pəncərəsi 7 yanvar - 3 fevral 2020-ci ili əhatə edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət