Slimfit
  1. TEXNOLOGİYA

Premium sinifli ən populyar smartfonlar açıqlanıb

Premium sinifli ən populyar smartfonlar açıqlanıb
Sakura

Premium sinifli ən populyar smartfonlar açıqlanıb

"Counterpoint Research" analitik şirkəti 2018-ci ildə dünya bahalı smartfonlar bazarı seqmentində vəziyyətlə bağlı hesabat dərc edib. Premium seqmentinə qiyməti 400 dollardan baha olan qurğular daxildir.

"ICTnews" Elektron Xəbər Xidməti "DGL" resursuna istinadən yazır ki, məlumata görə, ötən ilin yekunları üzrə bu seqmentdə lider 51 faiz payla "Apple" şirkəti olub. İkinci yerdə 22 faiz göstəriciyə malik "Samsung" qərarlaşıb. Sonrakı mövqelərdə "Huawei", "Oppo" və "OnePlus" (müvafiq olaraq 10, 6 və 2 faiz) yer alıb. 2018-ci ildə həcmi 14 faiz yüksələn "400 dollar və daha baha" seqmenti buna əsasən yeni "iPhone" modelləri, eləcə də Çinin "Huawei", "Oppo", "OnePlus" şirkətlərinin yeni qurğuları sayəsində nail olub.

2018-ci ildə premium seqmentinin satış həcmində ən çox artımı "Oppo" ( 863 faiz), "OnePlus" ( 209 faiz) və "Xiaomi" ( 149 faiz) nümayiş etdirib. Öz növbəsində "Huawei" ilin yekunları üzrə tarixdə ilk dəfə 10 faizlik paya sahib çıxıb.

Bildirilir ki, hazırda bu qiymət seqmentinə aid smartfonları 40-dan çox istehsalçı təklif edir, lakin qeyd olunan liderlər beşliyinin satışda payı təxminən 90 faiz təşkil edir.

Ötən il premium seqmentinin smartfonların ümumi satış həcmində payı 22 faizə bərabər olub. Qurğuların yarısından çoxu isə iki ölkənin – ABŞ və Çinin payına düşüb.

2018-ci ildə Çində premium seqmentli smartfonlara tələbat 37 faiz, ABŞ-da isə 10 faiz artıb. Bundan başqa, belə modellərə tələbatın artımı İndoneziya ( 54 faiz), Rusiya ( 28 faiz), Kanada ( 22 faiz), Meksika ( 22 faiz), Tailand ( 20 faiz), Hindistan ( 14 faiz), Braziliya ( 13 faiz) və Yaponiyada ( 10 faiz) qeydə alınıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR