Portuqaliyada yeni doğulan körpələrə VÖEN niyə açılır?
Fins.az-ın məlumatına görə,Portuqaliyada yeni doğulan körpəyə VÖEN açılır.Bununla bağlı açıqlama verən iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki, artıq körpə anlamasa da, dövlət bildirir ki, sən dünyaya tək varlanmaq üçün yox, həmdə dövlətin iqtisadiyyatını yüksəltmək üçün gəlmisən. Sən aldığın gəlirlə dövləti və vətəndaşların güzaranı üçün çalışacaqsan. Amma biz səni məcbur etmiri ki, vergini cərimələrlə, sənə başa salmaq istəyirik ki, hara getsən sən artıq qeydiyyatdasan və əldə etdiyin gəlirdən vergi ödəməlisən. Bunun üçün bəyannamə verməyinə də ehtiyac duyulmur. Çünki sənin VÖEN-in şəxsiyyət vəsiqəsinə bağlanıb. O yalnız sən həyatını itirəndə və ya başqa ölkəni vətəndaşı olduqda ləğv edilmiş hesab olunur. Dövlət səndən heç nə tələb etmir. Yalnız xırda özərinə və vətəninə nümunəli vətəndaş olmaq üçün vergini verməyi təklif edir. Vergi isə sənin gündəlik həyat tərzindir. Necə səhər yuxudan durub, əl-üzünü yuyursan, dişini fırlaçıyırsan elə də, vergi sisteminə qarşı olmalısan. Dövlət bunun üçün sənin ödədiyin vergilər üçün sənə düzgün hesabatda verəcəyini özündə öhdəlik kimi götürür. Dövlət səndən tələb etmir, yalnız xahiş edir. Çünki ölkə iqtisadiyyatının inkişafı vergidən aslıdır. Əgər ölkəni iqtisadi baxımdan güclü görmək istəyirsənsə, belə bir ölkədə fəxrlə yaşamaq istəyirsənsə vergiləri vətənə sadaqət rəmzi kimi ödə. Biz isə, çalışırıq ki, sənə düzgün informasiya verək ki, ödədiyin hər qəpik vergi üçün ürək açıqlığı ilə verəsən və gözün bu ödədiyin pulun arxasında qalmasın. Arzu edirəm ki, Azərbaycan da belə bir körpü qurulsun. Çirkli pulların yuyulması və sairlər olmasın. Arzu xəyal olsa da, gerçəkliyi bizlərdən aslıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət