Portuqaliyada “sifətsiz” uşaq doğulub
Bu barədə “Correio da Manhã” nəşri yazır.
Bildirilir ki, uşağın sifətində gözlər, burun və kəllə sümüyünün bir hissəsi yoxdur. Həkimlər onun cəmi bir neçə saat yaşayacağını proqnozlaşdırmışdılar. Lakin valideynləri Marlen və Davidin qayğısı nəticəsində körpə iki həftə keçməyinə baxmayaraq, nəinki hələ də yaşayır, o, artıq müstəqil surətdə şüşədən qidalanır da.
Cütlük baş verənlərdə Marlenin hamiləliyini nəzarətdə saxlayan həkim Artur Karvalonu günahlandırır.
Onların sözlərinə əsasən, ultrasəs müayinələrin heç birində həkim patologiyanı görməyib. Əksinə, hər dəfə o, valideynləri uşağın sağlam olduğunda əmin edib.
Hazırda tibb işçisinin barəsində araşdırmalar aparılır. Bildirilir ki, bir müddət öncə barmaqları bir-birinə yapışmış övladı doğulan başqa bir qadın da Karvalodan rəsmi şikayət etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət