Slimfit
  1. DÜNYA

Portuqaliyada islam festivalına start verilib

Portuqaliyada islam festivalına start verilib
Sakura

Portuqaliyada islam festivalına start verilib

Portuqaliyanın Mertola qəsəbəsinin sakinləri sonuncu rəqəmi tək olan illərin may ayında özlərinin ərəb keçmişlərini xatırlayırlar. Bu, şəhərə müstəsna rəngarənglik qatan islam festivalı günlərində baş verir.

AZƏRTAC xəbər verir ki, festival zamanı Mertola VIII və XIII əsrlər arası dövrə qayıdır. Şəhər o vaxt Taif çarlığının paytaxtı və İberiya yarımadası ilə Şimali Afrika arasındakı yolun üzərində yerləşən iri ticarət limanı idi. Festival günlərində ərəb musiqiçiləri və rəqqasələri öz məharətini nümayiş etdirir, sənətkarlar öz əl işlərini düzəldib səsli-küylü bazarda satır, aşpazlar ərəb mətbəxinin kus-kus kimi ləziz təamlarını və nanəli çayını təklif edirlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR