Dərc edildi: Baxış sayı: 557
Portuqaliya futbolunda koronavirusa ilk yoluxma
Portuqaliyanın "Sportinq" klubunun futbolçularından birində koronavirus infeksiyasının əlamətləri aşkarlanıb.
"Report" Lissabon təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, adı açıqlanmayan oyunçunun virusa yoluxması komanda üzvləri və əməkdaşlarından analiz götürülməsindən sonra məlum olub.
Bildirilib ki, futbolçunun xəstəlik dövrü simptomsuz keçib.
Qeyd edək ki, son göstəricilərə əsasən, Portuqaliyada koronavirusa 23 000 yoluxma faktı aşkarlanıb. İnfeksiyaya yoluxanların 850 nəfərdən çoxu dünyasını dəyişib. 1 200 nəfər isə sağalaraq evə buraxılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət