Slimfit
  1. TEXNOLOGİYA

Portativ bioçip insan bədənində mikroorqanizm növlərini müəyyənləşdirir

Portativ bioçip insan bədənində mikroorqanizm növlərini müəyyənləşdirir
Sakura

Portativ bioçip insan bədənində mikroorqanizm növlərini müəyyənləşdirir

ABŞ-ın "InSilixa" biotexnoloji şirkətinin yaratdığı kompakt bioloji çip əsas genetik markerləri tez oxuyaraq yoluxucu xəstəliklərin müalicə və diaqnostikasını sürətləndirməyə imkan verəcək.
  
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, mütəxəssislər qeyd edir ki, yeni texnologiya virusların antibiotiklərə qarşı müqavimətini azaltmağa kömək edəcək və həkimlərə viruslarla mübarizə aparacaq dərmanlar təyin etməyə imkan verəcək.
 
Bildirilir ki, mikroorqanizmlərin genetik koda görə identifikasiyası üçün testlər orqanizmlərin laboratoriyada yetişdirilməsi ilə əlaqədar bir neçə gün və ya həftə çəkir. Bu, müalicə prosesini yubadır və həkimləri virus və ya bakteriya növü müəyyənləşdirilənədək "kortəbii" şəkildə hərəkət etməyə məcbur edir. "InSilixa" tədqiqatçılarının sözlərinə görə, yeni bioçip təxminən 2 saat ərzində xəstəlik törədən orqanizmləri yetişdirmədən onların skan edilməsini tamamlayır və növünü müəyyənləşdirir. Test zamanı bioçip eyni anda yeddi müxtəlif mikroorqanizm arasında antibiotiklərə qarşı müqavimət göstərən konkret mutasiyaları aşkarlamağa imkan verib. Çip, həmçinin, vərəmə səbəb olan müxtəlif ştamlarda antibiotiklərə qarşı davamlı 54 mutasiya aşkarlayıb.
   
 
Mütəxəssislərin sözlərinə görə, gələcəkdə bioçip eyni anda 100-dək mikroorqanizm növünü müəyyənləşdirə biləcək. Bundan başqa, dünya klinikalarına onların yerləşdiyi ərazilər üzrə yayılan mikrob növlərinin skan edilməsi üçün istifadəçi çiplərinin yaradılması məqsədilə açıq çıxış kodlu rəqəmli platformanın hazırlanması planlaşdırılır.
 
Nizam Nuriyev 

Mənbə: İctnews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR