Slimfit
  1. CƏMİYYƏT

Portağalın qiyməti niyə ucuzlaşmır?

Portağalın qiyməti niyə ucuzlaşmır?
Sakura

Portağalın qiyməti niyə ucuzlaşmır?

"İdxal edilən məhsulların bir qisminin qiymətinin qonşu ölkələr ilə müqayisədə xeyili baha olması son zamanlar müzakirə olunan məsələlərdəndir. İstehlak bazarında uzun müddət qiyməti aşağı düşməyən məhsullardan biri də portağaldır. Hazırda Bakı supermarketlərində portağalın qiyməti orta hesabla 4.5 manatdan başlayır".
Azvision.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, yay aylarından yüksələn qiymət payızda da dəyişməyib:

"Ola bilər, bu meyvənin istehlakımızda payı çox deyil, amma bir məhsulun qiymətinin artıq aylarla dəyişməməsi və qonşu ölkələr ilə müqayisədə dəfələrlə baha olması iqtisadi əsaslar ilə izah edilə bilməz. Belə ki, qonşu Gürcüstanda keyfiyyətindən və istehsal yerindən asılı olaraq portağalın qiyməti 0.4-1.35 avro arasında dəyişir. Yəni, qonşu ölkədə sözügedən məhsulun qiyməti bizim ishtehlak bazarı ilə müqayisədə keyfiyyətindən asılı olaraq 2-5 dəfə ucuzdur. Orta aylıq əmək haqqısı 3,300 avro olan Avropanın siyasi paytaxtı hesab edilən Brüsseldə də portağalın qiyməti Bakı ilə müqayisədə aşağıdır. Avropa pulu ilə ifadədə Bakıda portağalın kilolqramı 2.38 avroya, orta aylıq əmək haqqısı bizdən 12 dəfə çox olan Brüsseldə isə 2.1 avroya satılır. Bunun səbəblərini iqtisadi baxımdan izah etmək mümkün deyil. Düşünə bilərsiniz ki, niyə sadəcə bir meyvənin qiymətini müzakirə edirik. Məsələ sadəcə portağılın qiyməti ilə bitmir. Bu əslində ondan xəbər verir ki, hələ də xarici ticarətimiz tam liberallaşmayıb. Belə olmasaydı, sahibkarlar ən asan variantda Gürcüstandan həmin meyvəni gətirib, daha ucuz qiymətə təklif edib, gəlir əldə edə bilərlər. Deməli, bu meyvənin idxalı ilə az sayda sahibkarlar məşğul ola bilirlər, hətta bəzən rəsmi statistikada say çox görünsə də".
Ekspert təəssüflə qeyd edib ki, bu hal bir sıra digər ərzaq məhsulları üzrə də müşahidə olunur: "İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) istehlak bazarında qiyməti region bazarları ilə müqayisədə kəskin yüksək olan məhsullar ilə bağlı monitorinq aparılaraq mətbuatda işıqlandırılmasnı və xüsusən də idxal prosesinin, "Yaşıl dəhliz"in fəaliyyətinin monitorinqdə ictimai nəzarətin gücləndirilməsini təklif edir. Gizli iqtisadiyyatın minimumlaşdırılması, monopoliyanın tam aradan qalıdırlması iqtisadiyyatın tam libeallaşdırılması ilə mümkündür".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR