Slimfit
  1. AVTO VƏ MOTO

Porsche şaquli uçuşu olan avtomobilin yaradıldığını elan etdi

Porsche şaquli uçuşu olan avtomobilin yaradıldığını elan etdi
Sakura

Cihaz dörd pər vasitəsi ilə hərəkətə gətiriləcək

Ens.az xəbər verir ki, Porsche şirkəti ABŞ Patent və Ticarət Nişanları İdarəsində ilk uçan elektrikli avtomobilin eskizini yerləşdirdi. Cihaz dörd pər vasitəsi ilə hərəkətə gətiriləcək və iki nəfər üçün nəzərdə tutulub.

Birinci pər cütlüyü avtomobili manevr etmək üçün, ikinci cütlük - uçuş və eniş üçün cavabdehdir. Konstruktorların fikrincə, elektrikli avtomobil şaquli şəkildə yola düşməyə qadirdir. Çox güman ki, pərlər fərqli ölçülərdə olacaq, oxşar texnologiyalar gəmi inşaatında və aerokosmik sənayedə çoxdan istifadə edilir.

Porsche şəhər üçün olan kiçik təyyarələrin 2025-ci ildən sonra inkişaf edəcəyini, məhz həmin vaxt uçan elektrikli avtomobilin prototipini yaradacaqlarını iddia edir.

Daha əvvəl ABŞ-da ilk dəfə pilotsuz sərnişin dronunun sınaqdan keçirildiyi bildirilmişdi. Sınaqların bir hissəsi olaraq, EHang 216 adlı uçan apparat, bortunda bir neçə sərnişin ilə sərbəst uçuş həyata keçirə bildi. Şimali Karolina qubernatoru Roy Kuper könüllülərdən biri kimi çıxış etmişdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR