Dərc edildi: Baxış sayı: 191
Poroşenko Zalujnının "istefası" xəbərindən şoka düşdü
Mən Brüsseldəyəm. Tərəfdaşlarımızın özləri şayiələrdən şoka düşüblər. Ediləcək ən yaxşı şey şayiələri dərhal təkzib etməkdir.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Zalujnının istefa xəbərinin yayılmasını şərh edərkən Teleqram hesabında bildirib.
"Baş komandanın işdən çıxarılması ilə bağlı fərman varsa, onu cırmaq lazımdır, çünki bu kadr qərarının nəticələri çox mənfi olacaq", - Poroşenko vurğulayıb.
Qeyd edək ki, ötən gün Ukraynanın Teleqram kanallarında Valeri Zalujnının işdən çıxarıldığı xəbəri yayılsa da, Ukrayna Müdafiə Nazirliyi və Prezident Ofisi məlumatı təkzib edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət