Dərc edildi: Baxış sayı: 921
"Porcshe" Rusiya bazarından 445 avtomobilini geri çağırır
Almaniyanın lüks avtomobil istehsalçısı - "Porsche" şirkəti Rusiya bazarından 445 avtomobilini geri çağırmağa qərar verib.
Ens.az "Report"-a istinadən xəbər verir ki, söhbət "Cayenne Turbo" və "Cayenne Turbo S E-Hybrid" modellərindən gedir.
Nəqliyyat vasitələrinin geri çağırılmasına səbəb onların yanacaq təchizatı xətlərindəki nöqsanlardır. İndiyə qədər bu avtomobilləri almış şəxslərə isə təmir işləri pulsuz yerinə yetiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət