Slimfit
  1. AVTO VƏ MOTO

PORCHE AG

PORCHE AG
Sakura

PORCHE AG HAQQINDA

Porsche AG (almanca tələffüzü [ˈpɔʁʃə] - Porşe; tam adı Dr. Ing h. c. F. Porsche Aktiengesellschaft) - 1931-ci ildə tanınmış konstruktor Ferdinand Porşe (alm. Ferdinand Porsche) tərəfindən yaradılmış alman avtomobil istehsalçısıdır. Mənzil - qərargahı və əsas zavod Almaniyanın Ştutqart şəhərində yerləşir.
Şirkətin əsas səhmdarı Porşe nəslidir. Porsche dünyanın ən yüksəkgəlirli (hər satılmış avtomobildən mənfəət baxımından) avtomobil şirkətidir. 2010-cu ildə Porsche avtomobilləri dünyada ən etibarlı avtomobil hesab edildilər. Rusiyada Porsche bölməsinə Doktor Tomas Ştertsel rəhbərlik edir.
 
1931 – 1948-ci illər. PLANLARDAN KÜTLƏVİ İSTEHSALATA QƏDƏR
 
Ferdinand Porşe, öz adı altında ilk avtomobilin buraxıldığı anadək əhəmiyyətli təcrübə qazanmağa müvəffəq oldu. Onun 25 aprel 1931-ci ildə qurduğu Dr. Ing. h.c. F. Porsche GmbH, onun rəhbərliyi altında artıq 6 silindrli Auto Union və Volkswagen Käfer yarış avtomobili kimi layihələr üzərində işləməyə başlamış və bu tarixin ən çox satılan avtomobillərindən birinə çevrilmişdir. 1939-cu ildə şirkətin ilk avtomobili hazırlanmışdır - Porsche 64, gələcək Porşelərin "atası" oldu. Bu hazırlanmasında F.Porşe Volkswagen Käfer-in bir çox komponentlərindən istifadə etmişdir.
 
II Dünya müharibəsi zamanı şirkət hərbi məhsulların - heyət avtomobili və amfibiyalıların istehsalı ilə məşğul olurdu. F.Porşe, "Tiger R" və "Maus" ağır alman tanklarının hazırlanmasında iştirak etdi.
 
1945-ci ilin dekabr ayında o, müharibə cinayətləri ittihamı ilə 20 ay müddətinə həbs edilib və həbsxanaya atıldı. Həmin vaxt onun oğlu Ferdinand (qısa adı Ferri) Anton Ernst özünün avtomobil istehsalına başlamaq qərarına gəldi. Qmünddə Ferri Porşe, bir neçə tanış mühəndislə birlikdə, mühərrik bazasında və açıq alüminium banlı 356-cı prototipi topladı və kütləvi istehsal üçün hazırlıqlara başladı. 1948-ci ilin iyun ayında bu nüsxə ümumi yollar üçün sertifikatlaşdırıldı. 9 il əvvəl olduğu kimi burada da 4 silindrli hava soyuduculu mühərrik, asqı və ötürücü qutu daxil olmaqla, yenidən Volkswagen Käfer-in aqreqatlarından istifadə edildi. İlk istehsal olunan maşınların prinsipial fərqi var idi - mühərrik arxa hissəyə köçürüldü ki, bu da istehsal xərclərini azaltdı və salonda iki əlavə yer açıldı. Layihə ilə hazırlanmış ban çox yaxşı aerodinamikaya malik idi - Cx = 0,29 idi. 1950-ci ildə şirkət Ştutqarta qayıtdı.
 
1948 – 1965-ci illər. İLK ADDIMLAR
 
Ştutqarta qayıdan andan bütün ban panelleri poladdan hazırlanırdı, alüminiumdan imtina etdilər. Zavod, yalnız 40 at gücünə (29.42 kVt) malik kupe və kabriolet və 1,100 kub həcmində mühərriklər ilə başlamışdı, lakin seçim tezliklə genişləndi: 1954-cü ildə 1100, 1300, 1300A, 1300S, 1500 və 1500S versiyaları satışa təqdim edildi. Konstruksiya mütəmadi olaraq inkişaf edirdi: mühərriklərin həcmi və gücləri böyüməyə davam edirdi, bütün təkərlərdə diskvari əyləclər və sinxronlaşdırılmış ötürücü qutu yarandı, yeni ban variantları təklif edildi - hardtop və roadster. Volkswagen aqreqatları tədricən özlərininki ilə əvəz edildi. A seriyasını B(1959-1963), onu isə C (1963-1965) əvəz etdi. Bütün dəyişikliklərin ümumi həcmi 76 mindən az idi.
 
Paralel olaraq yarışlar üçün dəyişikliklər edildi (550 Spyder, 718, və s.).
 
1951-ci ildə Ferdinand Porşe 75 yaşında ürək sancması nəticəsində dünyasını dəyişdi - onun sağlamlığını həbsxanada olarkən itirmişdir.
 
1963-1976: 911-in QALXMASI və 914-ün ENİŞİ
 
1950-ci illərin sonlarında Porsche 695 prototipi istehsal olundu, şirkətin rəhbərliyi bu məsələ ilə bağlı ümumi fikrə malik deyildi: 356-cı yaxşı nailiyyətlər qazanmağı bacardı, buna görə də kiçik Porsche ailəsinin yeni bir modelə keçidi böyük risk idi. Ancaq 1948-ci il konstruksiya nümunəsi getdikcə köhnəlir və onu yeniləmək üçün demək olar ki, heç bir ehtiyat yox idi. Ona görə də 1963-cü ildə Frankfurt avtosalonunda Porsche 911təqdim edildi. Konstruksiyadakı əsas məqamlar yerində qalmışdı, ancaq bu Porsche 356 ruhunda klassik ban xətti olan müasir idman avtomobili idi. Dizaynın müəllifi Ferri Porşenin böyük oğlu Ferdinand Aleksandr "Butsi" Porsche idi. Başlanğıcda "911" indeksinin əvəzinə "901" istifadə edilməli idi. Amma ortada sıfır olan 3 ədəd birləşməsi artıq Peugeot üçün saxlanılırdı. Avtomobil 911 adlandırıldı, ancaq 901rəqəmi heç yerə itmədi: 911 modelini daxili zavod nomenklaturasına uyğun olaraq (1964-1973) belə adlandırdılar.
 
İlk 2 ildə buraxılan mühərrik 2 litrlik 130 at gücünə malik idi. 1966-cı ildə, Targa modifikasiyası (şüşə damlı hər yer görünən açıq ban) konveyer üzərində durdu; 1965-ci ildə 356-cı kabriolet seriyasının buraxılışının bitməsindən sonra 1982-ci ilə kimi şirkətin modelləri sırasında görünmədilər. 901-lərin təkamülünün klyuminasiyası "döyüş" modifikasiyası olan Carrera RS 2.7 və 1970-ci illərin əvvəllərindəki Carrera RSR idi. Carrera sözü, 1950-ci illərin ortalarında 356 idman versiyasının adından yaranıb - beləliklə, 54-cü ildəki Karrera Panamerikan yarışının qələbəsini əbədiləşdirildi, bundan sonra marka Şimali Amerikada məhşurlaşdı.
 
1960-cı illərin sonunda seriyaya digər yeni bir model olan Porsche 914 buraxılmışdı. O zaman Volkswagen şirkəti model cərgəsinə hər hansı bir idman maşını əlavə etməli idi, Porşeyə isə 912 modelinin davamçısı tələb olunurdu (ucuzlaşdırılmış 356-dan olan mühərrikli 911). Buna görə, qüvvələri birləşdirməyə qərar verildi və 1969-cu ildə VW-Porsche 914 adlı, 4 və 6 silindr mühərrikli Targa avtomobilinin istehsalına başlandı. Alyansın məhsulları gözləntiləri doğrultmadı - çox qeyri-adi bir görünüş və uğursuz marketinq siyasəti (VW-Porsche "qarışıq" adına görə) satışa mənfi təsir göstərdi. Cəmi 7 il ərzində təxminən 120 min belə avtomobil istehsal edildi.
 
1972-1981: ERNST FÜRMANNIN İDARƏ HEYƏTİ
 
1972-ci ildə şirkətin hüquqi statusu məhdud məsuliyyətli tərəfdaşlıqdan açığa(ictimai) dəyişdirildi. Dr. Ing. h.c. F.Porsche KG artıq ailə müəssisəsi deyildi və indi Dr. Ing. h.c. F.Porsche AG adlanırdı; Porsche ailəsi şirkətin işlərinə birbaşa nəzarətini itirdi, lakin Ferri və onun oğulları arasında sərmayədəki payı Piyex ailəsinin payından əhəmiyyətli dərəcədə yüksək idi. Yenidən qurulmadan sonra, F.A.Porsche qardaşı Hans-Peterlə birgə eksklüziv gözlük, saat, velosiped və digər nüfuzlu məhsullar istehsal edən Porsche Design şirkətini qurdu. F.Porşenin nəvəsi, Ferdinand Piyex Audiyə, daha sonra isə Volkswagenə köçdü, sonra isə bu konsernin baş direktoru oldu.
 
Porşe ailəsindən olmayan şirkətin ilk rəhbəri əvvəllər mühərrik hazırlanmasıı şöbəsində işləyən Ernst Fürmann oldu. Onun yeni vəzifəsindəki ilk qərarlarından biri - 911 seriyasını klassik tərtibli idman maşınını (ön mühərrik - arxa ötürücü) 8 silindrli mühərriki olan 928 modeli ilə əvəz etmək oldu. Onun rəhbərliyi altında daha bir ön mühərrikli Porsche 924 modeli konveyerə qoyulmuşdur.
 
1974-cü ildə Paris avrosalonunda ilk debütündən sonra Turbo modifikasiyası, 911 xəttinin inkişafı (o zaman, masirrnləşdirilmiş 930 seriyası iatehsalata getdi (1973-1989)) faktiki olaraq 1980-ci illərin əvvəllərindək Fürmann vəzifəsindən uzaqlaşdırılana qədər dayandırıldı. Ancaq onun layihələrinin buraxılışı davam edirdi: 1995-ci ildə ön mühərrik ilə təchiz edilmiş ən son Porsche maşınları zavodun divarları arasını tərk etdi.
 
1976-cı ildə 914-ün yerinə bir anda iki yeni avtomobil gəldi - 924 və 912 (indi Volkswagen 2.0 mühərriki ilə), cəmi 1 il mövcud oldu. 924-ün yaranma tarixi 914 ilə oxşardır - Volkswagen şirkəti öz əlverişli idman avtomobil ideyasını rədd etmədi və Porsche mühəndislərini müvafiq layihə hazırlamağa dəvət etdi. Onlara mühərrik və ötürücü qutunun hazırlanması istisna olmaqla(onlar Audi aqreqatları olmalı idilər), tam hərəkət azadlığı verilmişdi. İşin bitməsinə qədər, Volkswagenin yeni rəhbərliyi, Toni Şmükerin başçılığı ilə belə bir maşının buraxılışının məqsədəuyğunluğuna şübhəli idi, çünki 1973-cü ildə neft böhranı başlamışdır. Onda layihə Volkswagendən alınmışdır.
 
911 modeli ilə müqayisədə bu tamamilə fərqli bir konstruksiya idi: müasir xarici görünüş, qənaətli 4 silindrli su soyutmalı mühərrikli. Porsche 924-ə tələb var idi və xəttin daimi yenilənməsi və doldurulması ilə yaxşı potensiala malik idi. Satışın başlamasından üç il sonra turboüfürücü versiyası çıxdı, daha üç ildən sonra 944 versiyasının buraxılışı başlandı. Ümumilikdə, avtomobil əvvəlki kimi qaldı, ancaq dəyişikliklər təkamüllü oldu - bir çox göstərici yaxşılaşmışdı, ancaq xarici görünüşdə ən çox fərq 924 Carrera GT xüsusi versiyasından miras qalmış genişləndirilmiş qanadlar idi. Bu iki xətt 6 il boyunca yəni 1988-ci ilə qədər model istehsaldan çıxarılanadək(təxminən 150 min satıldı) bir yerdə istehsal edildilər.
 
944-ün konstruksiyası 924-dən əhəmiyyətli dərəcədə fərqlənirdi: mühərriki 928 modelindən V8-in "yarısı" idi, digər böyük qovşaqlarını da firma məhsulları əvəz etdi. 9 il ərzində 160 min ədəd 944 buraxıldı, S, S2, Turbo, Cabriolet və s. çoxlu modifikasiyaları yarandı. Təkamülün son dalğası önmühərrikli 968 (1992-1995) modeli oldu.
 
Fürmannın 911 modelini əvəz etməsi qərarı müvəffəqiyyətsiz oldu: 1978-dən 1995-ci ilə qədər 928-in təxminən 60 min nüsxəsi buraxıldı, ancaq bu müddət ərzində 911-lər bir neçə dəfə çox buraxıldı. Bu avtomobilin laqeyd kommersiya başlanması Porsche 911-in əvəzsiz olmasını anlatdı.
 
1974-1982-ci illərdə, əsas prioritet 924 və 928 modellərinin inkişafına verildiyi zaman, 911 seriyasında demək olar ki, tam sakitlik oldu. Nəsillərin dəyişməsi ilə 930 yeni enerjiudan bamperlər və 2.7 litrlik baza mühərriki qazandı. 1976-cı ildə o 3 litrlik qazandı. Növbəti il, xətt sadələşdirildi - 911, 911S və 911 Carrera modifikasiyalarının yerinə, 911SC adı altında birləşdirdilər. Eyni zamanda, 911 Turbo yeni 3.3 litr, 300 at gücündə mühərrik qazandı. Porsche 911 Turbo, o illərin ən dinamik avtomobillərindən biri idi, 5.2 saniyəyə 100 km/saat sürəti yığırdı və 254 km/saat sürətinə çatırdı.
 
1981-1988: YENİ DİREKTORUN SƏRMAYƏ QOYULUŞU
 
Ferri Porşe Fürmannı işdən çıxarır və onun yerinə Porsche-nin amerikalı meneceri Piter Şutz gəlir. Onunla birlikdə, 911 modelləri şirkətin əsas avtomobilinin qeyri-rəsmi statusunu geri qaytardı. 1982-ci ildə bir kabriolet yaranır və bir il sonra 231 at gücünə sahib olan 911 Carrera bazaya çevrilir. 1985-ci ildəki yenilik - Turbo-look versiyası(o ki, Supersport-dur) şassisi və banı Turbo modelindən olan adi Carrera idi, bu daha geniş arxa qanadlara və böyük spoylerə (bəzən onu "piknik masası", "sini" və ya "kit quyruğu" adlandırırlar) malik idi. Həmin vaxt 1970-ci illərdə Carrera RS-in varisi və GT3-ün sələfi olan yüngülləşdirilmiş 911 Carrera Clubport yaranır.
 
Porsche 959-un tarixi 1980-ci ildə dünya ralli çempionatında yeni "B qrupu" təsdiq olunan zaman başladı. Bir sıra şirkətlər liberal tələblər ilə cəlb edilmişdi - 200 təkmilləşdirilmiş nüsxəsinin sərbəst buraxılmasından başqa demək olar ki, heç bir məhdudiyyət yox idi. Porsche-də də iştirak etməyə qərar verildi. Şutz, şirkətin tam mühəndislik potensialını göstərilməsi ilə bağlı nəticəyə gəldi. Texniki göstəricilər yüksək səviyyədə idi: 6 silindrli mühərrik (2,8 litr, iki turbokompressor) 450 at gücünə bərabər idi; təkər ötürücüsünün hər biri üçün kompüter tərəfindən idarə olunan 4 ədəd amortizator (həm də oxlar arasında dövrü anı bölüşdürür və yol işıqlandırılmasını dəyişə bilər); banın hissələri Kevlardan(poliparafenilen-tereftalamid) - yüngül və davamlı plastik kompozit materialdan hazırlanmışdır. Son mərhələdə, Porsche 959, iki dəfə "Paris-Dakar" ralli-marafonunda iştirak edib və 1986-cı ildə ümumi sıralamada 2-ci yeri tutdu.
 
Həmin vaxt məlum oldu ki, "B qrupu" artıq yoxdur: rallidə bir neçə pilotun və tamaşaçının faciəvi ölümü FISA avtomobil yarışları federasiyasının onu bağlamasına səbəb oldu. 1986-1988-ci illər ərzində planlaşdırılandan da 200-dən çox istehsal edilmişdir.
 
959 layihəsinin zərərli olduğu ortaya çıxdı, ancaq ona qoyulan ideyalar yarış texnologiyasının seriyalı maşınlarda inkişafı üçün faydalı idi: 964 və sonrakı versiyaların bütün ötürücüləri sadələşdirilmiş transmissiya(1989-1993) ilə təchiz edilmişdir, müasir turboüfürməni Turbo(964/993 ) xətti qazandı, 993-ün ön fənərləri və hava kanalları banın ön hissəsinə bənzər(1993-1998) idi, 996 Turbonun(2000-2006) ön bamperindəki və arxa qanadlardakı hava girişləri 959-a bənzəyir. Firmanın PASM (bü günki bütün mövcud Porsche avtomobillərinə qoyulur) asqıları, ilk dəfə Porsche 959-da sınaqdan keçirilmiş mürəkkəb sistemin analoqudur.
 
1989-1998: DƏYİŞİKLİYİN ONİLLİYİ
 
Bu on il ərzində şirkətin şirkətin veteranları səhnədən getdilər - ön mühərrikli avtomobillər və klassik 911. Onların əvəzinə tamamilə yeni Boxster və 911(996) Carrera markasını təqdim etdilər.
 
Doqquz il 901 və on altı il - 930 buraxıldı, amma indi Porsche özünə bunu yol verə bilməzdi; buna görə 964 cəmi 4 il yaşadı. Bu, klassik görünüşlü Targa versiyasının, eləcə də Turbo və Carrera üçün müəyyən dərəcədə son dövr idi. Sonuncu artıq tam ötürücü və avtomatik ötürücü qutu ilə təchiz edilə bilərdi. Ban ilk baxışdan göründüyüdən daha çox dəyişdi: yeni bir çərçivə hazırlandı, aerodinamikanı ciddi təkmilləşdirdilər (Cx 0,40-dan 0,32-yə endi) və aktiv arxa spoyler əlavə edildi. Köhnəlmiş buruq asqıdan imtina edildi. Mühərriki 3,6 litrədək yondular. Arxa və ön ötürücü versiyalar müvafiq olaraq Carrera 2 və Carrera 4 adlandırıldı; idman Clubsport-u yenidən RS adına qayıtdı. Turbo, ilk 3 ildə 3.3 litr mühərriklə təchiz edildi, 1993-cü ildə isə 3.6 litrlik bir versiyanı (360 at gücü) qazandı. 911 America Roadster xüsusi versiyası və yarımyarış 911 Turbo S məhdud sayda yayımlandı, cəmi 62 min 964 ədəd buraxıldı. Onun müasirlərinin ümumi həcmi (968, 1992-1995 və 928 GTS, 1991-1995) 15-dən çox olmamışdı.
 
1990-cı illərin əvvəllərində baş verən iqtisadi böhran markanı yaxşı şəkildə tapmadı. Bu illər ərzində istehsal həcmi azaldı, şirkət zərərlə işlədi. 1993-cü ildə növbəti Porsche rəhbəri Vendelin Vedekinq oldu, o, Hayn Branitskini(o, Arno Bondan sonra direktor oldu, o, öz növbəsində Şutzdan sonra) əvəz etdi. Həmin ildə, onun 993 adlandırılan dördüncü nəsil flaqmanı satışa çıxdı.
 
Yalnız indi modelin təkamülündə əhəmiyyətli bir addım atılmışdır. Aerodinamik bamperlər, yeni işıqlandırma texnologiyası quraşdırılmışdır və daha hamar ban forması Porsche 911-ə müasir bir görünüş verdi. Mühərrik yenidən bir az da gücləndirildi, lakin arxa asqı ciddi şəkildə dəyişdirildi. İndi Turbo-look sadəcə Carrera S/4S anlamında idi. Targa yalnız süyürtməli panoramik bir dam ilə adi kupeyə çevrildi, Turbo isə tamötürücüyə və ikili turboüfürmə ilə ciddi modernləşdirilmiş 3.6 litrlik mühərrik sahib oldu. Onun adi 911-dən ənənəvi fərqi - enli arxa qanadları və şinləri idi, ancaq böyük arxa spoyler biraz da böyüdü, çünki artan güc(408 qüvvə) böyük interkullerlərin istifadəsini məcbur etdi. 1997-ci ilin Turbo S versiyası, daha güclü mühərriki və eksteryerdə kiçik dəyişikliklərlə, şirkətin əsas idman avtomobilinin 34 illik tarixində sonuncu yenilik oldu.
 
911 Turbo yaranmasından bəri həmişə 911-lərin model sırasında zirvə olmuşdur. Buna baxmayaraq, 993-lərin arasında ən sürətli və bahalısı onun yol-yarış modifikasiyası GT2 idi (indi bu yarış maşını RSR adlanırdı). Bu avtomobil yeni yaradılmış BRP Global GT Series üçün yaradılıb, burada digər şeylər başqa turboüfürmənin istifadəsinə icazə verildi. Buna görə standart mühərrik digərlərindən fərqli olaraq ciddi dəyişikliklərə məruz qalmadı. 1998-ci ildə GT2 mühərriki təkmilləşdirildi - ikiqat yandırma və gücü 450 at gücünə çatdırılmışdır. 993 GT2 tez-tez yoldan çıxırdı, buna görə də widowmaker "dul qoymaq" ləqəbini aldı.
 
1998-ci il itkilər və qazanmalar ili oldu. Yayda, Zuffenhausen müəssisəsinin qapılarından son "hava" 911 çıxdı. Bütün tarix boyu bunlardan 410 min, 993-dən isə 69 min ədəd istehsal edildi. Həmin vaxt Porsche 50 illik yubileyini qeyd edirdi. Həmin ilin mart ayında, 88 yaşında, Ferdinand Anton Ernst (Ferri) Porsche vəfat etdi. 1989-cu ildə Tsel - am - Zee avstriyalı bir fermada yerləşdiyindən, o, şirkətin işlərində demək olar ki, iştirak etmirdi.
 
Videkinqin səyləri, 1996-cı ilin sonunda Porsche 986 Boxster mərkəzi mühərrikli roadsterinin satışa çıxması oldu, markanın yeni üzünün daşıyıcısı oldu. Dizaynının müəllifi 1990-cı illərin və 2000-ci ilin birinci yarısının bütün Porsche-lərinin eksteryerindəki işlərə rəhbərlik etmiş Harm Laqaay idi. Modelin adı iki sözdən ibarətdir - boxer (yəni oppozit mühərrikli) və roadster.
 
Boxster-dən sonra, bütün diqqət 911-ə cəmləndi. 1997-ci ildə Frankfurt avtoslonunda yeni Carrera təqdim edildi və aydın oldu ki, onun kiçik qardaşı ilə ümumi oxşarlığı var. Belə qərarlar hazırlanma və istehsal üçün vəsait xərclərini azaltdı, çünki o illərdə markanın maliyyə resursları ciddi şəkildə məhdudlaşdırılmışdır.
 
1998-ci ildə kabriolet və Carrera 4 yarandı, növbəti il isə iki əhəmiyyətli yenilik oldu: həvəskar yarışlar üçün GT3 (bu adlandırma RS-i əvəz etdi) və yeni bir flaqman cərgəsində olan 996 Turbo.
 
Porsche 996 GT3 1999-cu ildən 2004-cü ilədək, təkmilləşdirilmiş GT3 RS modifikasiyası - 2003-cü ildən 2005-ci ilədək istehsal edildi. Turbo modeli - 2000-2005-ci illərdə; son 2 ildə Turbo Cabriolet və Turbo S (ABŞ-da X50) 450 at gücü mühərriklə satışda idi.
 
2004-cü ilin yayında 6-cı nəsil 911, 997 indeksi ilə təqdim edildi.
 
2009-cu ildə yenilənmiş GT3 RS (450 at gücü), Turbo (500 at gücü) və GT3R yarandı.
 
2009-cu ildə müvafiq olaraq 400 və 500 at gücündə olan Panamera S və Panamera Turbo seriyası təqdim edildi.
 
31 yanvar 2009-cu ildə Ştutqartda 1976-cı ildə təsis edilmiş Porsche Muzeyinin yeni binasının açılışı oldu.
 
2010-cu ildə standart Panamera (300 at gücü), 911 Turbo S və 640 at gücündə olan inqilabi yarış GT3R hibridini nümayiş etdirdilər.
 
2019-cu ildə Porsche yeni Cayenne Coupe (340 at gücü) və Cayenne Turbo Coupe (550 at gücü) modellərini təqdim etdi.
 
2019-cu ilin may ayında Almaniyanın Ştutqart prokurorluğu 2009-cu ildən etibarən Audidən olan V6 və V8 dizel mühərriklərinə qarşı pozuntulara görə şirkəti 535 milyon avro cərimələdi. Prokurorluq qeyd etdi ki, test zamanı bəzi işçilər zəruri prosedurları həyata keçirmirdilər, əslində avtomobillərin istehsal etdiyi tullantıların səviyyəsi normadan çox idi.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR