Slimfit
  1. QADINLAR ÜÇÜN

Populyar saç rezinlərinin sirri nə imiş?

Populyar saç rezinlərinin sirri nə imiş?
Sakura

Populyar saç rezinlərinin sirri nə imiş?

"Invisibobble" brendinin qurucusu, dünya miqyasında məşhur saç rezinlərini yaratmağın sirrini ortaya qoyub. Onun hekayəsi Daily Mail tərəfindən yayımlanıb.

İsveçli Sofi Trelles - Tvede (Sophie Trelles-Tvede) universitetdə oxuduğu zaman keçirilən bir partidən 18 il sonra saç rezini üçün yeni bir dizayn düşünüb. Həmin gecədə, qaydalara görə, tədbirə geyimdən başqa heç nə götürmək olmazmış. Buna görə, qıza saçlarını "quyruq" şəklində toplamaq lazım olduqda, onu evdə istifadə olunmayan telefonun dəstəyinin şnuru ilə sarıyıb.

Növbəti səhər tələbə qız baş ağrısı olmadan oyandığını və saçlarında adi saç bantlarından və rezinlərindən fərqli olaraq hər hansı iz- əyrilik qalmadığını görüb. Bu barədə o, hazırda iş ortağı olduğu gənc oğlanına danışıb və cütlük yaylı rezinin dizaynı üzərində işləməyə başlayıblar.

Trelles-Tvede bildirir ki, telefon şnurları düzəldən bir kişidən onlar üçün bir bağlama hazırlamağı xahış ediblər. Onun dediyinə görə, Invisibobble markasının ilk partiyası dəhşətli oldu və dostların rişxənd və tənqidi ilə qarşılaşdı. Buna baxmayaraq cütlük ixtira üzərində işləməyə davam etdilər.

Sonradan, üç rezinin yerləşdirildiyi qablaşdırma üçün şəffaf bir qutu seçildi. Dəstlər beş funtdan satılmağa başladı. Universiteti bitirəndə Trelles-Twede-nin şirkətinin dövriyyəsi artıq beş milyon funt sterlinq idi.

Ens.az xəbər verir ki, indi Invisibobble markası yalnız saç rezinlərinin deyil, digər saç aksesuarlarının da istehsalı ilə məşğul olur. Markanın müxtəlif çeşidli bu məhsulları bütün dünyada satılır və il ərzində 16 milyon funt sterlinq gəlir gətirir.

Firmanın əsasını qoyan xanım isə Forbes jurnalına görə 30 yaşına çatmamış ən varlı avropalılar arasındadır.

2018-ci ilin sentyabr ayında 90-cı illərdə məşhur olan " ugly scrunchies" (iyrənc saç rezinləri) yenidən populyar trendə çevrildi. Şirkətin istehsal etdiyi bu rezinlər müxtəlif məşhurların - Rita Ora, Heyli Bolduin, Bella Hadid, bacısı Cici və başqalarının İnstaqam səhifələrində görünməyə başladı. Bundan əlavə, saç aksesuarları məşhur mağazaların rəflərində göründü: Mango, Bershka, H&M və Topshop və s.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR