Dərc edildi: Baxış sayı: 563
Pompeodan Süleymani ilə bağlı şok etiraf: Bunu bilmirdik
İran generalı Qasım Süleymaninin harada və nə zaman hücum edəcəyini bilmirdik.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo “Foks Nyus”a müsahibəsində deyib.
O, ABŞ kəşfiyyat xidmətlərində bir sıra boşluqların olduğunu etiraf edib:
“Süleymaninin bir sıra hücum planı olduğuna şübhə etmirdik”.
Qeyd edək ki, ABŞ rəsmiləri Süleymaninin öldürülməsi ilə bağlı açıqlamalarında İran generalının bir sıra amerikalı diplomatik şəxsləri, hərbçiləri öldürəcəyi ilə bağlı informasiyalara malik olduqlarını açıqlamışdılar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət